Icma.az
close
up
RU
“Rusiya veteranları” Türkiyəyə qarşı “Bu ölkələrə səfər etməyin!”

“Rusiya veteranları” Türkiyəyə qarşı “Bu ölkələrə səfər etməyin!”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya vətəndaşlarının NATO ölkələrinə səfəri qadağan edilməlidir, çünki onlar Ukraynaya sponsorluq edirlər.

“AzPolitika” xəbər verir ki, “Rusiya veteranları” hərəkatının belə bir təklifl Dövlət Dumasına və Səhiyyə Nazirliyinə təqdim edilib.

Müraciətdə deyilir ki, Türkiyə başda olmaqla, NATO ölkələrinə turizm səfərlərinə qadağa qoyulması rusların xaricdəki xərclərini azaldacaq, rus turistlərin “Kiyev rejiminə yardım üçün” pul göndərməsinin qarşısını alacaq.

“Rusiya veteranları” tərəfindən hazırlanan sənəddə Türkiyə ilə yanaşı, Fransa, Almaniya və “Rusiya Federasiyasına qarşı aqressiv mövqe tutan digər ölkələrin” də adı çəkilir. Qeyd olunur ki, hər il 6 milyondan çox rusun ziyarət etdiyi Türkiyə NATO ölkəsidir.

Xarici turizmdən tədricən daxili səyahətə keçmək Rusiya hakimiyyətinin uzunmüddətli strategiyasının bir hissəsidir. Turizmin inkişafı yol xəritəsinə əsasən, rusların 2030-cu ilə qədər 140 milyon daxili turist səfəri edəcəyi gözlənilir ki, bu da indiki rəqəmdən (2024-cü ildə 96 milyon) 1,5 dəfə çoxdur.

Lakin hələlik ruslar Türkiyə və Avropada istirahət etmək vərdişindən qurtula bilmirlər. Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) statistikasına görə, 2024-cü ildə Aİ ölkələrinə gedənlərin sayı 1,4 milyon nəfər təşkil edib, 2025-ci ilin yayında isə bu göstərici 5-20% artıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri