Baş nazirin işi ancaq toyda yasda iştirak etməkdirsə niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır ki? ŞƏRH
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Məmləkətdə ən bəyəndiyim nazir, Emin Əmrullayev deyib ki, sitat: “Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?”
Əsl fəlsəfi təməldir, bəyəndim, hətta təklif edirəm ki, bu prinsip bütün dövlət-hökumət məmurlarına şamil olunsun, məsələn, ÜDM lazımı templə artmırsa, inflyasiya azalmırsa, insanların rifahı yüksəlmirsə, iqtisadiyyatla məşğul olan hüquqşünas nazirlər niyə maaş alırlar, nədən xidməti maşınları var, nə səbəbə onların sürücü və katibəsi olmalıdır?”
Gununsesi.info bildirib ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib:
“Əgər məhkəmə hakimi ədalətli qərar vermirsə, hakimin verdiyi qərar Avropa İnsan Hüquqları Məhkəməsində yanlış və ədalətsiz çıxırırsa, onlar niyə maaş alırlar?!
Dünən çəkilən asfalt bu gün dağılırsa, infrastrukturla məşğul olan nazirlik və idarə rəhbərləri niyə yaxşı evlərdə yaşamalı, maaş-bonus almalıdırlar?!
Baş nazirin işi ancaq toyda-yasda iştirak etməkdirsə (yəni, xaricdə rəhbər şəxs ölür, yasına gedir, və ya, xarici ölkədə dövlət bayramı olur, ora göndərirlər), niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır ki?!
AMEA-da ən böyük “uğur”, nə ciddi “kəşv” nərd oynayarkən stəkanla belə şeş-qoşa atan “alimlərimizin” olmasıdırsa, niyə AMEA var, nədən maaş alırlar, niyə ləğv edilmir?!
Siyahını uzada da bilərəm, amma, Emin müəllimin təklif etdiyi təməl prinsiplə razıyam, bütün ölkədə, bütün nazirlik və dövlət idarələrində mütləq tədbiq edilməlidir, yəni, nəticəyə görə maaş-bonus, qazanc siseminə keçməliyik.
Belə bir sistemə keçsək, məmləkətdə son nəticəyə görə mükafatlandırma olsa, məmurların bir çoxu acından oboy yeyər”.
Afət
Baxış sayı:52
Bu xəbər 16 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















