Icma.az
close
up
RU
Baş prokuror Amerikaya işgüzar səfər etdi FOTOLAR

Baş prokuror Amerikaya işgüzar səfər etdi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində rəsmi səfərdə olub.

"Unikal" xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi üçün alternativ meyarların və yeni metodologiyanın işlənib hazırlanması və müzakirəsi olub. 

30 yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin Yüksək Səviyyəli Seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir. Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Bu sahədə mövcud cari indekslərin bir qismi subyektiv yanaşmalar səbəbindən, eləcə də metodoloji nöqsanlardan qaynaqlanaraq reallığı tam və düzgün əks etdirmir. Odur ki, ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq.   

Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları Ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib. 

Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri, o cümlədən kadrların peşəkar hazırlığı, cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə təcrübəsinin mübadiləsi müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.

Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.

Drago Kos Azərbaycan Prokurorluğunun Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Kamran Əliyev Akademiyanın fəaliyyəti dövründə 20-ə yaxın prokurorluq əməkdaşının qurumun magistr proqramlarının məzunu olduğunu, quruma göstərilən mütəmadi maliyyə töhfəsi ilə yanaşı, Azərbaycan Prokurorluğunun 1 nümayəndəsinin hazırda Akademiyanın İdarəetmə Şurasında təmsil edildiyini, həmçinin 1 prokurorluq əməkdaşının qurumun Katibliyinə ezam olunduğunu qeyd edib. 

Bundan əlavə, görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif birgə tədbirlərin təşkili imkanları müzakirə edilib.

Tədbir çərçivəsində, həmçinin Baş prokurorla Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrdən olan tərəfdaşlar arasında görüşlər keçirilərək qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan Respublukasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib. 

Səfər müddətində Baş prokuror, həmçinin ölkəmizin BMT yanında daimi nümayəndəliyini ziyarət edərək, nümayəndəliyin heyətilə tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri