Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Baş prokuror: Azərbaycan Prokurorluğu bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək

Baş prokuror: Azərbaycan Prokurorluğu bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mənim bu mühüm vəzifəyə yenidən təyin olunmağıma dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının kollektivi adından dərin təşəkkürümü bildirirəm”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, hüquq sisteminin əsasını təşkil edən Konstitusiyamızın müəllifi ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil etməkdədir: Məhz bu strategiyanın Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dünyada gedən qarışıq siyasi proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, “Vətən Müharibəsi” və daha sonra lokal xarakterli anti-terror tədbirləri ilə 30 ildən çox bir müddətdə davam etmiş ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı problemlərə birdəfəlik son qoyulub, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunub. Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə uğurlu bərpa-quruculuq işlərinə başlanılmış, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”.

K.Əliyev deyib ki, Prokurorluq orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və qayğının göstəricisidir: “Bu diqqət və qayğı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilməklə prokurorluq əməkdaşlarının sosial müdafiəsi gücləndirilmiş, prokurorluq orqanlarının maddi-texniki bazası ən müasir tələblər səviyyəsində yenilənmiş, yeni prokurorluqlar – Kəlbəcər, Qubadlı, Ağdam hərbi və Xankəndi şəhər prokurorluğu təsis edilib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticəsi kimi onun tərəfindən imzalanmış müvafiq Fərmanlarla yaradılmış “Elektron Prokurorluq” informasiya sistemi artıq 2 ildən çox bir müddətdir ki, tətbiq edilməkdədir. Nəticədə bütün prokurorluq orqanlarının işi rəqəmsallaşdırılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq icraatlar üzrə proseslər sürətlənib ki, bu da fəaliyyətimizdə çevikliyi artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməkdədir”.

Baş prokuror bildirib ki, siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur. O, prokurorluğun qarşısında duran əsas vəzifələrdən bəzilərini diqqətə çatdırıb: “Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməs, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması, hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarının qorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmaların qarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təmin edilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinin təkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəza təyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tam təmin edilməsi, əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssas təbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərin hüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi, dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması, “Elektron prokurorluq” informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi”.

“Bu yüksək kürsüdən müraciət edərək, Azərbaycan Respublikasının Prezidentini, birinci Vitse-Prezidentini, Sizləri və bütövlükdə Azərbaycan xalqını əmin etmək istərdim ki, bundan sonra da Azərbaycan Prokurorluğu öz fəaliyyətinin göstərilən ali etimada layiq səviyyədə qurulması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”, – deyə K.Əliyev əlavə edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 May 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see182

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see119

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see119

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see118

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri