Baş prokuror: Azərbaycanın suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan dövlətinin suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda keçirilən konfransda deyib.
"Bu gün onilliklər boyu işğal altında olmuş Xankəndi şəhərində, yeni istifadəyə verilmiş Qarabağ Universitetində belə bir tədbir keçirməyimiz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Silahlı Qüvvələrin rəşadətinin nəticəsidir", - Baş prokuror bildirib.
K.Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf etdirilməsi, iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə aparıcı mövqeyə malik, regional və bir sıra qlobal məsələlərin həllində nüfuzlu tərəfdaş və söz sahibi olan dövlət kimi tanınması, ən əsası Azərbaycan dövlətinin suverenliyinin təmin olunması Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür:
"Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. 44 günlük Vətən müharibəsi milli qürurumuzun bərpası ilə yanaşı, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj kimi qəbul edilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















