Icma.az
close
up
RU
Baş prokuror: Cəmiyyətin gözləntisi ədalətin bərqərar olmasıdır

Baş prokuror: Cəmiyyətin gözləntisi ədalətin bərqərar olmasıdır

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün prokurorluq orqanlarında sağlam və güclü peşəkar rəqabət mühiti mövcuddur. Bu qurumda xidmət edən hər bir şəxs yüksək intellektual hazırlığa, dərin biliyə və dövlətçilik ideallarına sadiqliyə malikdir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.

“Unutmamalıyıq ki, cəmiyyətin bizdən gözləntisi ədalətin bərqərar olması və obyektiv hüquqi qərarların qəbuludur. Xüsusilə keçmiş illərdən qalan, hələ də üstü açılmamış cinayətlərin istintaqının yekunlaşdırılması vətəndaşlarımızda qanunun aliliyinə olan inamı daha da möhkəmləndirir. Bizim məqsədimiz ədaləti bərpa etməkdir”, – deyə Kamran Əliyev vurğulayıb.

Baş prokuror bildirib ki, cəmiyyət üçün real təhlükə doğuran və ağır cinayətlər törədən şəxslər qanun çərçivəsində təcrid edilməli, lakin törətdiyi əməl ictimai təhlükə kəsb etməyən şəxslərə münasibətdə dövlətimizin humanizm prinsipləri rəhbər tutulmalıdır:

“Bu şərəfli yolda sağlam düşüncəli, peşəkar media bizim ən yaxın tərəfdaşımızdır. Real problemləri işıqlandıran, obyektivliyi qoruyan hər bir mətbuat nümayəndəsi ilə əməkdaşlığımızı olduqca vacib hesab edirik. Biz müasir informasiya məkanını, rəqəmsal platformaları və sosial medianı diqqətlə izləyir, daxil olan hər bir siqnaldan fəaliyyətimiz üçün nəticələr çıxarırıq. İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır. Qərəzdən uzaq, obyektiv faktlara söykənən media ilə qurduğumuz şəffaf münasibətlər prokurorluq orqanlarının cəmiyyət qarşısında hesabatlılığının və qarşılıqlı etimadın əsas təminatıdır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri