Icma.az
close
up
RU
Baş prokuror Özbəkistanda səfərdədir

Baş prokuror Özbəkistanda səfərdədir

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistana rəsmi səfərə gəlib

Əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. 

Görüşdə ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olan yüksək səviyyəli əməkdaşlıq  münasibətlərindən məmnunluğunu ifadə edib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Özbəkistan - Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlət başçısının siyasi iradələrinin təzahüri kimi 23 avqust 2024-cü il tarixdə Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dən sonra reallaşan strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdıracağını,  xalqlarımızın rifahına xidmət göstərəcəyini qeyd edib.

Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra, Özbəkistan dövləti tərəfindən Qarabağda aparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusi vurğulayaraq, 23 avqust 2023-cü il tarixdə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlət başçısının iştirakları ilə cari ilin 2 iyul tarixində Bakı şəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmin tarixdə dövlət başçıları tərəfindən “Özbəkistan” parkının təməlinin qoyulmasını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqramda tərəflərin “Cinayət yolu əldə edilmiş aktivlərinin xaricdən qaytarılması mexanizmləri” mövzusunda seminarda, prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrə Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasının illik konfransında iştirakları, həmçinin “Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı” mövzusunda seminarın və “Prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda “dəyirmi masanın” təşkili nəzərdə tutulub.

Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 4-cü iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin təşkilinə görə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatulla Yuldaşevə dərin minnətdarlığımı bildirib, Azərbaycan Respublikasında ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi rəqəmsallaşma və elektron idarəetmənin inkişafı olduğunu vurğulayaraq, Azərbaycan Prokurorluğunun fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini işıqlandırıb. 

Nümayəndə heyətinin səfəri davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri