Icma.az
close
up
RU
Baş prokuror Özbəkistanda səfərdədir FOTO

Baş prokuror Özbəkistanda səfərdədir FOTO

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir.

Lent.az xəbər verir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydanı ziyarət edib, orada dünya şöhrətli siyasi xadimin abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra nümayəndə heyəti, ölkəmizin Özbəkistan Respublikasındakı səfirliyinə gələrək, səfirliyin əməkdaşları ilə görüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında iştirak edib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və “Baku Call to Action” təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Baş prokuror həmçinin bildirib ki, Azərbaycanın Baş Prokurorluğu dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində ekoloji qanunvericiliyin icrasına nəzarəti həyata keçirir, təbiətə vurulan ziyanın aradan qaldırılmasını təmin edir və bu sahədə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi önəm verir.

Vurğulanıb ki, Xəzəryanı ölkələr kimi, Xəzər dənizinin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə də birgə səylərin gücləndirilməsi vacibdir.

Tədbir çərçivəsində həmçinin “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi” qəbul olunub.

Bəyannamədə üzv dövlətlərin prokurorluq orqanlarının cinayətkarlıqla, xüsusilə korrupsiya və ekoloji cinayətlərlə mübarizədə rolunun gücləndirilməsi, kiber və maliyyə cinayətlərinə qarşı regional əməkdaşlığın artırılması, həmçinin davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda ilə ikitərəfli görüş keçirilib. 

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub. 

Tərəflər transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının nümayəndə heyəti ilə keçirilmiş görüşdə hər iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi yardım mexanizmlərinin səmərəli tətbiqi məsələləri müzakirə olunub. 

Tərəflər həmçinin regional sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə sahəsində birgə addımların əhəmiyyətini xüsusi vurğulayıblar.

İkitərəfli görüşlərdə, həmçinin, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri