Icma.az
close
up
RU
Baş Prokurorluq BMT nin XV Konqresində təmsil olunub

Baş Prokurorluq BMT nin XV Konqresində təmsil olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində 26-28 oktyabr 2026-cı il tarixlərdə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər.

Baş Prokurorluqdan XQ-yə verilən məlumata görə, tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Sentyabrın 27-də Konqres çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ətraf mühitə təsir edən cinayətlərə qarşı mübarizədə qalib gəlmək: vədlərdən nəticələrə doğru” mövzusunda yüksək səviyyəli xüsusi tədbir keçirilib.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru xanım Monica Juma, İNTERPOL-un direktoru Lucas Philippe, Fransa Respublikasının Ədliyyə naziri Gerard Darmanin və BƏƏ Daxili işlər nazirliyinin Baş İdarə rəisi xanım Dana Al Marzouqinin də panelçi qismində qatıldığı tədbirdə ətraf mühit sahəsində mütəşəkkil cinayətkarlıq və korrupsiya, vəhşi təbiətə qarşı cinayətlər, meşə cinayətləri, qanunsuz mədən hasilatı, tullantıların qanunsuz dövriyyəsi, çirklənmə və balıqçılıq sahəsində cinayətlərlə mübarizədə mövcud çağırışlar müzakirə edilib. Bu sahədə hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin, əməli əməkdaşlığın, qabaqcıl təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Vüqar Əliyev ətraf mühitə təsir edən cinayətlərin transmilli xarakter daşıdığını qeyd edərək, bu növ cinayətkarlığa qarşı mübarizədə dövlətlər və beynəlxalq təşkilatlar arasında praktiki əməkdaşlığın genişləndirilməsinin, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və müasir texnologiyalardan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Tədbirin yekununda “Ətraf mühitə təsir edən cinayətlər üzrə Əbu-Dabi Fəaliyyətə Çağırışı 2026” təşəbbüsü təqdim olunub. Könüllü xarakter daşıyan təşəbbüs ətraf mühitə təsir edən cinayətlərin qarşısının alınması və onlara qarşı mübarizənin ortaq beynəlxalq prioritet kimi təşviq edilməsini, dövlətlər, beynəlxalq və regional təşkilatlar, hüquq-mühafizə orqanları və digər tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see215

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see172

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see169

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see169

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri