Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə drift edərkən gördü
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Milyonluq auditoriyası olan amerikalı iş adamı və bloqer Əli Sobh izləyicilərinin köməyi ilə oğurlanmış açıq yaşıl rəngli "McLaren 750S" avtomobilini geri qaytarıb. Superkar onun evinin qarşısındakı giriş yolundan oğurlanmışdı.
Bu barədə "Road & Track" nəşri məlumat yayıb.
Bir müddət sonra Sobh internetdə avtomobilinin "drift" etdiyi görüntülərə rast gəlib. Ətrafdakı şəxslər manevrləri telefonla lentə alıblar. Bloqer avtomobilin axtarışında izləyicilərindən kömək istəyib. Onlardan gələn məlumatlar avtomobilin "Six Mile Road" və "Telegraph Road" yollarının kəsişdiyi ərazidə ola biləcəyini göstərib. Sobh bu məlumatı dərhal Detroyt polisinə çatdırıb. Avtomobil qısa müddətdə tapılıb.
Hazırda polis görüntüləri araşdırır və avtomobili oğurlayan şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır. Görüntülərdə "drift" edən sürücünün oğurluqda iştirak edib-etmədiyi hələlik məlum deyil.
Sobh avtomobilinin dəyərinin təxminən 500 min dollar olduğunu bildirib. O, hadisənin təkrarlanmaması üçün evinin mühafizəsini gücləndirmək niyyətindədir. İş adamı superkarın tapılmasına kömək edən izləyicilərinə təşəkkür edib.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















