Icma.az
close
up
RU
Baş tutmayan “inqilab ssenarisi” Qərb bu ölkədə də məğlub oldu

Baş tutmayan “inqilab ssenarisi” Qərb bu ölkədə də məğlub oldu

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir ölkədə Qərbin “rəngli inqilab” ssenarisi baş tutmayıb. Balkanların ən narahat ölkəsi Serbiya bu tələdən qurtula bilib. Prezident Aleksandr Vuçiç bu barədə rəsmən bəyanatla çıxış edib.

Serbiyanı qaranlıq keçmişə qaytarmaq istəyirlər

Ölkədə “rəngli inqilab”a imkan verməyəcəyini bildirən Vuçiç “Serbiya heç kimin kukla dövləti deyil”, - deyib. Onun sözlərinə görə, ölkəni daxildən dağıtmaq üçün yüz milyonlarla avro sərf edilib. Həqiqətən də, çoxları gözləyirdi ki, bu ölkədə inqilab baş verəcək. Lakin görünən odur ki, Gürcüstandakı kimi, burada da ssenari baş tutmayıb. Əvəzində prezident ölkədə qarşıdurma yaratmaq istəyənləri hədələyib. “Ölkəmizi bütün zavodların dağıldığı, Kosovonun müstəqilliyini elan etdiyi, orta aylıq əmək haqqımızın təxminən 300 avro olduğu keçmişə qaytarmaq istəyirlər. Onlar heç vaxt xalq dəstəyi olmadığı üçün qalib gələ bilməyəcəklərini bilən siyasi rəqiblərimizdən istifadə etdilər. Sonra isə Serbiyanın əvvəllər necə olduğunu xatırlamayan gənc insanlardan istifadə etməyə başladılar, mən onlar haqqında bir pis söz belə demirəm", - deyə Vuçiç vətəndaşlarla görüşdə bildirib.

Qərbə güclü Serbiya lazım deyil

Prezident "Serbiyada “rəngli inqilab”ı necə məğlub etdim" adlı kitab yazacağını da bildirib. Dövlətin düşmənlərinin media vasitəsilə ölkə vətəndaşlarından öz biznes maraqları üçün "piyada" kimi istifadə etməyə çalışdıqlarını söyləyib. Qərbə güclü, möhkəm, təhlükəsiz və sabit ölkənin lazım olmadığını deyən prezident bildirib: “Buna şübhə etməyin. Hər gün yalan dalınca yalan. Deyirlər ki, Vuçiç çamadanlarını yığıb uşaqları ilə qaçır. Mənim üç uşağım var, bura mənim vətənimdir, burada qalacağam və sizi məğlub edəcəyəm. Təkrar edirəm, Serbiyada inqilab olmayacaq. Seçki istəyirsinizsə, istədiyiniz vaxt alacaqsınız! Amma zorakılıqla heç nəyə nail olmayacaqsınız, bunu sizə zəmanət verirəm".

Voyvodina faciəsinin pərdəarxası

Qeyd edək ki, ölkədə etirazlar 2024-cü ilin noyabrında Serbiyanın Voyvodina əyalətinin paytaxtı Novi-Sad stansiyasında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olması hadisəsi ilə başlayıb. Aksiyalarda faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. Baş nazir Miloş Vuçeviçin istefası, hakimiyyətin etirazçıların bütün tələblərinin yerinə yetiriləcəyi barədə təminatları da etirazları dayandıra bilməyib. Vuçiç Voyvodinaya son səfərində bildirib ki, muxtar vilayətin Serbiya tərkibində olması barədə ümumxalq bəyannaməsi qəbul ediləcək. O, xəbərdarlıq edib ki, son vaxtlar "gənclərdən sui-istifadə etməklə" ölkənin şimal hissəsində yenidən "Voyvodinanın Serbiyadan ayrılması" tələbləri səslənir.

Müxalifət prezidentə qarşı

Serb müxalifəti isə prezidenti üç ay əvvəl başlayan və sonra bütün ölkəyə yayılan kütləvi etirazların başladığı Voyvodinadakı etiraz hərəkatını gözdən salmağa cəhd etməkdə ittiham edib. Onların qənaətincə, prezident Voyvodinaya səfəri ilə vətəndaşları inandırmağa çalışır ki, hakimiyyətə qarşı hər hansı üsyan əslində Voyvodinanı Serbiyadan ayırmaq istəyən xaricdən maliyyələşdirilən cinayətkarların separatçı planıdır.

Ukraynadan sonra suya düşən planlar

Qərb bloku xarici siyasət kursunu dəyişmək üçün Vuçiçə təzyiqlər edir. Qarşı tərəf rəsmi Belqradın Rusiya-Qərb qarşıdurmasında onlara qoşulub Moskvanın siyasətinə qarşı çıxış etməsini istəyir. Kosovo məsələsindən Serbiya hakimiyyətinə qarşı istifadə olunur. Məsələ ondadır ki, bu ölkə xarici siyasətdə balanslı siyasət yürüdür, bütün ölkələrlə sıx əməkdaşlıq qurur. Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir. Digər bir məsələ ondan ibarətdir ki, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları onların xoşuna gəlməyib. A.Vuçiç bir neçə dəfə Qərbin ölkəsini zəiflətməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ, USAID dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər. Onlar özlərinə uyğun hökumət formalaşdırıb, dövləti təzyiq altında saxlamaq istəyirlər. Serbiyanı həm də Kosovonun müstəqilliyini tanımağa təhrik edirlər. Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun çağırışları da var. Lakin Serbiya bununla barışmır. Görünən odur ki, Serbiyada “rəngli inqilab”ın baş verdiyi Ukraynanın aqibətindən dərs çıxarıblar. Ukraynada irimiqyaslı müharibə gedir, torpaqları işğal altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə inqilab ssenarisi baş tutmayıb. Çünki hamı görür ki, Qərb Ukraynada faktiki olaraq öz maraqlarını güdür. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri