Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Liqa 1: Marsel darmadağına sevindi

Baş verənlər ciddi siqnaldır, DİM in proqram təminatı yetərli deyil Ekspertdən sərt tənqid

Baş verənlər ciddi siqnaldır, DİM in proqram təminatı yetərli deyil Ekspertdən sərt tənqid

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, iyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanı zamanı bir sıra texniki və məzmunla bağlı problemlər yaranıb. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda xüsusilə dinləyib-anlama (listening) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların ciddi narazılığına səbəb olub. Bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da ümumiyyətlə, anlaşılmayıb. Bu isə iştirakçıların tapşırıqları düzgün başa düşərək cavablandırmasına mane olub. Eyni zamanda, iştirakçılar test tapşırıqları və yazı blokunun əvvəlki illərlə müqayisədə daha çətin olduğunu vurğulayıblar.

DİM-in imtahanları zamanı niyə hər il bu cür hallar yaşanır? Qurum imtahanın nəticələrini qiymətləndirərkən, sözügedən problemləri nəzərə alacaqmı? Məsələ ilə bağlı ekspertlər nə düşünür?

Mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, bu cür texniki problemlər artıq bir neçə ildir təkrarlanır:

“Keçən illərdə də bu kimi problemlər baş verib. Xüsusilə də dinləmə və danışıq ilə bağlı olan texniki bölmələrdə proqram təminatı tam deyil. Bu, Dövlət İmtahan Mərkəzinin proqram təminatının görünür, yetərli və dünya standartlarına uyğun olmadığının göstəricisidir. Halbuki tələbələr xarici dildən imtahanda iştirak etmək üçün ciddi məbləğ ödəyirlər. Yəni o pulun qarşılığında bu kimi hazırlıqsız, təminat proqramı zəif olan bir sistemin tətbiq edilməsi qəbuledilməzdir".

O bildirib ki, yaranmış vəziyyətdə abituriyentlərin, doktoranturaya müraciət edənlərin, ümumilikdə cəmiyyətin DİM-in keçirdiyi imtahanlara bəzi şübhələr və ya müəyyən narahatlıqlar fonunda baxışı formalaşır:

“Mən düşünürəm ki, bu halda iştirakçılar rəsmi şəkildə, yazılı olaraq və əsaslandırılmış formada Dövlət İmtahan Mərkəzinə müraciət etsələr və əgər onlara veriləcək cavab qane etməzsə, məhkəməyə qədər müraciət edə bilərlər. Çünki bu, kütləvi haldır, tək bir nəfər üçün deyil. Digər yolları tövsiyə etmirəm. Müraciət edən şəxslərin bu və ya digər qanuna uyğun olmayan formada aksiya keçirməsi və yaxud hər hansı bir yürüş təşkil etməsi doğru deyil. Rəsmi şəkildə müraciət etməklə məsələnin həllinə nail ola bilərlər. Baş verənlər DİM üçün çox ciddi siqnaldır. Qurum gələcəkdə bu problemlərin baş verməməsi üçün ciddi tədbirlər görməlidir. Bu siqnala gərək zamanında reaksiya versinlər və növbəti qəbul ilində bu və ya digər formada yaranan problemi aradan qaldırmaq üçün çalışsınlar".

Məsələ ilə bağlı İT üzrə ekspert Elvin Abbasov Bakupost.az -a açıqlamasında qeyd edib ki, bu tip texniki problemlər yalnız DİM-in sistemi ilə bağlı deyil, belə hallar müxtəlif beynəlxalq və yerli sistemlərdə də zaman-zaman baş verir:

“Facebook”da da bəzən problem çıxır, “WhatsApp” bəzən saatlarla işləmir. Yəni "sistem düzgün qurulmayıb” demək doğru deyil. Amma məsələyə adekvat yanaşmaq lazımdır. Bəzən olur ki, Azərbaycanın ən ali qurumlarında, saytında problem çıxır, “ChatGPT” bəzən saatlarla işləmir. Onda da biz tək kəlmə ilə deyək ki, sistemi düz qurmayıblar? Bu, doğru yanaşma deyil.Ümumi sistemlər, istər dövlət portalları olsun, istər nəhəng korporativlər, beynəlxalq və yerli sistemlər, bunların hər biri öz ritm axarında fərqli işləyir. Hansı ki, aksiyalar vaxtında və yaxud da tədbirlər zamanı yüklənmə baş verir. Məsələn, daha öncə MİDA sistemlərində görürük ki, hər dəfə kütləvi aksiya olanda, yəni MİDA evlər verəndə sistemdə çökmələr olur. Bu çökmələrin hər biri MİDA-ya aid deyil. Bəzən olur ki, "Asan İmza" çökür. Yaxud pandemiya dövründə sosial müdafiə sistemində 190 manatlıq birdəfəlik yardım zamanı sistem çökmüşdü. Bu, sosial müdafiənin öz sistemi deyildi. Giriş sistemləri - "Asan İmza” çökmüşdü.”

Ekspert qeyd edib ki, sistemlərdə dəyişikliklər və yeniliklər imtahana az qalmış tətbiq edilirsə, bu, test olunmadan istifadəyə verilməsi anlamına gəlir və nasazlıqlara səbəb ola bilər:

“Sistemlər normal halda işləyərkən müəyyən yüklə işləyirlər, amma imtahan, aksiya, tədbir vaxtlarında nəzərdə tutulmamış həddən artıq yükləmələr, girişlər baş verir. Əgər söhbət konkret Dövlət İmtahan Mərkəzindən gedirsə, bu sistemlər daim inkişaf edir. Daim ora yeni xidmətlər, yeni suallar, yeni metodologiyalar və yaxud da alqoritmlər əlavə olunur. Əgər bu alqoritmlər son anda çatdırılıbsa, yəni imtahanın elə son dövründə yüklənibsə, bu o deməkdir ki, test olunmayıb. Və test olunmamış bir sistemə test olunmamış bir yenilik əlavə olunanda, təbii ki, real imtahan vaxtında bu nəticələr baş verə bilir. Amma yaxşı olar ki, əgər sistemlər vaxtında çatdırılmırsa, o yenilik növbəti ilə saxlanılsın.


Və əvvəlki testdən çıxmış nəticələrlə öz proseslərini aparsınlar. Həmçinin kiberhücum hadisələri də ola bilir. Mənə elə gəlir ki, suallar ilk öncə DİM-ə verilməlidir və oradan alınan cavabları ekspertlər şərh etməlidirlər. Bu, daha doğru yanaşma olar. Hansı ki, məsələn, onlar səsli sual yeniliyini daha öncə istifadə ediblərmi, ilk dəfədirmi istifadə edirlər, bu sınaqdan keçmiş bir iş idimi? Bax, bu tip hallarda biz ekspertlər daim sistemlərin içində olmadığımız üçün sadəcə, mövcud hadisələri şərh edə bilirik. Və burada da qurum ilk öncə qeydlərini etməlidir ki, ekspertlər də onların üzərinə şərh versin".

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, doktorantura üzrə keçirilən xarici dil imtahanlarının məqsədi beynəlxalq səviyyədə qəbul edilmiş dil bilikləri meyarlarına uyğun olaraq namizədlərin xarici dil bacarıqlarını ölçməkdir:

“DİM tərəfindən keçirilən ingilis dili imtahanı CEFR (Common European Framework of Reference for Languages) standartlarına əsaslanaraq hazırlanır və bu tapşırıq materialları B2 və daha yuxarı səviyyədə dil biliyi tələb edir. Bu səviyyə, beynəlxalq dil biliyinin qiymətləndirilməsi sisteminə uyğun olaraq, ümumi dil bacarığı ilə yanaşı, akademik və elmi mətnləri başa düşmək və müəyyən elmi fəaliyyətlərdə dil bacarığını tətbiq etməyi hədəfləyir. Bu, sırf gündəlik dil istifadəsi yox, yüksək akademik tələblərə cavab verən bilik səviyyəsini nəzərdə tutur.İmtahanların beynəlxalq norma və prinsiplər əsasında keçirilməsi vacibdir və bu prinsiplərə uyğun olaraq, imtahanda təqdim edilən materiallar CEFR beynəlxalq dil səviyyələri çərçivəsində təhlil edilib və müvafiq olaraq tələb olunan səviyyəyə uyğunluğu təsdiq edilmişdir.”

Dinləmə blokundakı texniki problemlərlə bağlı narazılıqlara gəldikdə isə DİM iddiaların əsaslı olmadığını qeyd edib:

“Dinləmə mətnləri ilə bağlı deyə bilərik ki, bu özü sizdən müəyyən bir bacarıq tələb edir. Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil, çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur, həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt da verilir. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir.”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see185

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see131

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri