Icma.az
close
up
RU
DİM in sualları biliyi ölçmür, tələbəni çaşdırmağa xidmət edir Ekspertdən sərt tənqid

DİM in sualları biliyi ölçmür, tələbəni çaşdırmağa xidmət edir Ekspertdən sərt tənqid

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub. İmtahan saat 11:00-da başlayıb və 3 saat 30 dəqiqə davam edib.

Sosial şəbəkələrdə imtahan suallarI ciddi şəkildə tənqid edilib. Bir sıra suallar tələbələrin ciddi narazılığına səbəb olub.

Bəs ekspertlər məsələ ilə bağlı nə düşünür?

Məsələ ilə bakupost.az -a açıqlamasında təhsil eksperti Eyvaz Quliyev bildirib ki, DİM-in keçirdiyi magistratura imtahanlarında bir neçə dəfə oxşar problemlər yaşanıb və bu da tələbələrdə müəyyən şübhələr yaradıb:

“Dünən keçirilən imtahanda da bəzi sual tipləri narahatlığa səbəb oldu. Xüsusilə informatika fənnində təqdim edilən suallar ciddi müzakirə mövzusuna çevrilməlidir. Hesab edirəm ki, praktik suallara üstünlük verilməlidir. Artıq yeni bir dövrə qədəm qoymuşuq və ölkədə nüfuzlu layihələr, o cümlədən "Yüksəliş" müsabiqəsində əsasən, səriştəyə əsaslanan suallar verilir. Orada qaliblərin müəyyən edilməsi üçün məhz səriştəni ölçən mərhələlər tətbiq olunur. Buna görə də gələcəkdə imtahan suallarının daha çox praktik yönümlü olması vacibdir".

Ekspertin sözlərinə görə, hazırkı informatika sualları praktik bacarıqları yoxlamağa deyil, əzbərçiliyə əsaslanır:

"Halbuki magistraturada təhsil almaq istəyən bir tələbənin informatikanı praktik səviyyədə bilməsi vacibdir. Ancaq mövcud imtahan modeli tələbələri sadəcə sualları əzbərləməyə sövq edir ki, bu da düzgün yanaşma deyil".

İngilis dilindən sualların qənaətbəxş olduğunu bildirən ekspert qeyd edib ki, orada cəmi beş qrammatika sualı olub və ciddi problem yaranmayıb:

"Lakin məntiq sualları ilə bağlı bəzi problemlər var. Məntiq sualları elə tərtib edilməlidir ki, heç bir spesifik mədəniyyətə bağlı olmasın. Yəni bu suallar istənilən ölkənin vətəndaşı üçün aydın olmalıdır. Lakin bizdə bəzi suallar hələ də yalnız yerli bazara uyğun şəkildə hazırlanır. Düşünürəm ki, məntiq sualları daha çox fiqur, şəkil və rəqəmlərə əsaslanmalı, sözlə bağlı suallar isə minimuma endirilməlidir.Məsələn, dünənki imtahanda iki sual tələbələr üçün ciddi çətinlik yaratdı. Onlardan biri anaqramla bağlı idi, iki hissəciyin birləşdirilməsi nəticəsində söz düzəldilməli idi. Variantlardan birində “layihə” sözü alınırdı və rəsmi olaraq doğru cavab kimi qəbul edilmişdi. Lakin digər birləşmədə “marxal” sözü də alınırdı. “Marxal” həm göl adı, həm də qar uçqunu anlamında istifadə olunan sözdür. Bəzi tələbələr onu doğru cavab kimi qeyd etdikləri halda, Dövlət İmtahan Mərkəzi yalnız “layihə” variantını qəbul edib. Bu isə ciddi mübahisələrə səbəb olub. Çox güman ki, "marxal" sözündə "m" hərfi kiçik yazıldığı üçün göl adı kimi qəbul olunmayıb. Ancaq qar uçqunu mənasında da istifadə olunduğunu nəzərə alsaq, bu suala alternativ cavab da düzgün hesab edilməli idi".

Ekspert əlavə edib ki, test suallarının məqsədi tələbəni çaşdırmaq yox, onun bilik səviyyəsini düzgün ölçmək olmalıdır:

“Bir tələbə sualı oxuyanda iki variant arasında qalmamalı, dəqiq və birmənalı cavab seçə bilməlidir. Tələbə o sualda ilişib qaldığı üçün digər suallara keçid edə bilmir. Bu isə onun vaxtını alır və motivasiyasına mənfi təsir göstərir. Belə hallar olmamalıdır. Belə suallar tələbəni tək bir cavabı seçməyə məcbur etməli və təzad yaratmamalıdır. Yəni sualın məğzi elə olmalıdır ki, tələbə tərəddüd etmədən doğru variantı tapa bilsin. Ümumiyyətlə, kurikulum əsasında qurulan test sistemi tələbəyə dəstək yönümlü olmalıdır. Üstəlik, digər vacib bir məqam "estafet"lə bağlı idi. Orada "illik" və "rüb" sözləri qeyd edilmişdi. Daha sonra estafetlə bağlı verilmiş suala gəlincə, qarşısında "finiş", "yarış", "ağac", "mənzil" kimi variantlar yazılmışdı.Tələbə "ağac" və "mənzil" sözlərini görəndə onları fiziki mənada qəbul edir və yarışla əlaqələndirməkdə çətinlik çəkir. Halbuki buradakı "mənzil" məcazi mənada işlədilib. Variantlara baxdıqda "yarış" və "finiş" estafetin bir hissəsi kimi başa düşülə bilər, amma "ağac" və "mənzil" bu kontekstdə çaşdırıcı görünür.

Məsələn, "il - rüb" əlaqəsini tələbə asanlıqla başa düşə bilir, çünki il rüblərdən ibarətdir. Amma “estafetdə” bunlar “finişi”, “yarışı” və “qələbəni” düşünürlər. “Mənzili” bir “otaq” kimi qəbul edirlər, ağacı da sadəcə bir ağac kimi. Amma burada hamısı estafetə aid olan sözlərdir. Estafetdə bir yarışçı kimi qaçır, o birisinə ağacı verir, o da qaçır. Bu, belə başa düşülür. Mənzil də burada yarışın bir növüdür. Yarışı tələbə silə bilər, amma anlayır ki, estafet dörd mərhələdən ibarətdir: biri qaçır, o birisinə ağacı verir, o da qaçır. Burada estafetin ağacı nəzərdə tutulur, yəni fiziki olaraq ağac deyil. Mən müəllim olaraq burada "mənzil"i başa düşə bilirəm, amma tələbələr avtomatik olaraq onu silir, çünki bina kimi anlayırlar. Nə qədər adam estafetin hissələrinin mənzil olduğunu bilə bilər? Bu, bütün tələbələrdə problem yaradıb. Təbii ki, Dövlət İmtahan Mərkəzi bu məsələni öz üzərinə götürməyəcək, lakin sual ikibaşlıdır və konkret deyil".

Eyvaz Quliyev əlavə edib ki, dünya təcrübəsində qəbul edilmiş test sistemləri tələbənin bilik səviyyəsini dəqiq ölçməyə əsaslanır:

“Testin prinsipi belədir: "Bilirəm, yazıram, bilmirəm , yazmıram". Lakin burada bilənlər belə tərəddüd edir, sualda ilişib qalır və nəticədə balları azalır. Bu suallar tələbələr üçün çətinlik yaradıb. Test sualları elə tərtib olunmalıdır ki, tələbə aydın şəkildə fikir yürüdüb düzgün cavabı tapa bilsin. Hazırkı testlər isə əksinə, tələbəni çaşdırmağa yönəlib. 0,5 və ya 0,25 ballıq fərq tələbənin bir ixtisasdan digər ixtisas arasında sürüşməsinə səbəb ola bilir".

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri