Icma.az
close
up
RU
DİM in funksiyası tələbələri kurslara yönləndirməkdən ibarətdir Ekspertdən İTTİHAM

DİM in funksiyası tələbələri kurslara yönləndirməkdən ibarətdir Ekspertdən İTTİHAM

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistratura imtahan modelini ədalətli və obyektiv hesab etmirəm. Hazırkı imtahan modelində məntiq, xarici dil və informatika bacarıqları yoxlanılır. Bu heç də bizim 51 universitetimizdə təhsil almış bakalavrların bilik və bacarıqlarının eyni yoxlanılması demək deyil”.

Bu barədə Modern.az-a magistr imtahanları ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər tədrisin ingilis dilində olduğu ixtisaslar var:

“İnformasiya təhlükəsizliyi, kompüter elmləri və bənzəri ixtisasları ingilis dilində oxuyan adam magistr imtahanında informatika, ingilis dili və məntiq fənnlərindən rahatlıqla imtahan verə biləcək. Çünki bunlar texniki sahədir. Amma kimsə humanitar sahədə, mədəniyyət ixtisaslarında oxuyursa, bundan məhrumdur. Biz hazırda imtahan iştirakçılarının məntiqi düşünmə, İT səviyyəsində informatika, C1 səviyyəsində ingilis dili bacarıqlarını yoxlayırıq. Bu Azərbaycanın mövcud qanunvericiliyinə ziddir”.

K.Əsədov qeyd edib ki, dünən nəticələri açıqlanan imtahanda 21900-dən çox bakalavr iştirak edib:

“İmtahan nəticələri yalnız texniki və təbiət fənnlərindən məzun olanlar üçün yaxşıdır. Keçən ilki birinci cəhdlə müqayisə etdikdə deyə bilərəm ki, bu ilki nəticələr keçən ildən aşağıdır. Hesab edirəm ki, hazırkı imtahan ədalətli deyil. Məsələn informatika sualları bacarıqları yox, əzbərçiliyi yoxlayan suallardır. Bu bizim yaxşı magistr seçməyimizə imkan vermir”.

Ekspert bildirib ki, bugünkü magistr imtahanları Azərbaycanda elmin inkişafına ciddi zərbə vurur:

“İllərdir davam edən bu sistem sübut edir ki, Dövlət İmtahan Mərkəzinin funksiyası bilik və bacarıqları yoxlamaq yox, tələbələri kurslara və hazırlıq mərkəzlərinə yönləndirməkdən ibarətdir. Xarici tələbinin özü belə qanunsuz və absurddur. Azərbaycanda Təhsil haqqında Qanunun 7-ci maddəsində göstərilir ki, Azərbaycanda təhsil dili Azərbaycan dilidir. Bu o deməkdir ki, dövlət öz vətəndaşlarına ali təhsil üçün xarici dil tələbi qoymamalıdır. O şəxslər üçün bu tələb qoyulmalıdır ki, onlar elm tədqiqatla məşğul olsunlar, amma bu səviyyədə olmamalıdır. Esse hansı universitetdə bu səviyyədə keçirilir? Yaxud informatika? Bugünkü nəticələrin heç biri universitetlərin nəticələri deyil. Bu nəticələr ancaq hazırlıq kurslarının nəticələridir. Çünki məntiq ali təhsil müəssisələrində seçmə fənddir, heç də bütün ixtisaslarda tədris olunmur. Yaxud ingilis və informatika cəmi 1 semestr tədris olunur. Ona görə də nəticələr kursların nəticələridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri