Başı telefona qarışan qadın sürücü dəhşətli qəza törətdi, 16 yaşlı qızı öldü VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nahavı postu yaxınlığında baş vermiş dəhşətli qəzanın görüntüsü təhlükəsizlik kamerasına anbaan düşüb.
Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Belə ki, hərəkətdə olan avtomobili öncə öndəki yük maşına, ardınca dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən avtomobil tamamilə sıradan çıxıb, maşında olan 16 yaşlı sərnişin isə hadisə yerində ölüb. Aparılan araşdırmalar zamanı sürücünün sükan arxasında mobil telefondan istifadə etdiyi və bu səbəbdən ağır qəzanı törətdiyi məlum olub.
Təəssüf ki, sürücülərin əksəriyyəti sükan arxasında mobil telefondan istifadə edirlər. Bu halda diqqəti yayınan sürücülər qayda pozmaqla yanaşı yolda təhlükəli situasiyalara, hətta ölümlə nəticələnən qəzaların baş verməsinə səbəb olurlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















