Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Başına bomba yağdıran qalıb bir tərəfdə, Azərbaycan və Türkiyəni hədəfə alıb İranın məkrli siyasətinin şifrələri

Başına bomba yağdıran qalıb bir tərəfdə, Azərbaycan və Türkiyəni hədəfə alıb İranın məkrli siyasətinin şifrələri

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Diqqət yetirdinizsə, 2024-cü ilin sonlarında İrandakı anti-Azərbaycan qüvvələr yenidən aktivləşdilər. Özü də təkcə Azərbaycana qarşı olanlar deyil, həm də Türkiyə əleyhdarları. Nə baş verdi, arı koğuşuna kim çöp uzatdı? Əslində cərəyan edən son hadisələri sərf-nəzər edəndə məqsəd-məram aydın olur.

Bu arada, xüsusi bir məqamı da vurğulamaq lazımdır: antitürk qüvvələrin “qəzəbli aksiyaları” elə məhz türklərin yaşadığı bölgədə “baş qaldırır”. Sonuncu aksiya, Türkiyə və Azərbaycan liderlərinə qarşı çıxışların səsləndiyi şou isə Ərdəbildə təşkil edilib. Bu faktlar sizə bir sözlər deyirmi?

Prezident İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana qarşı təhqirlərin səsləndirildiyi aksiya İran Dövlət Televiziyasında yayımlanıb. Bu, tədbirin təşkilatçılarının Tehranda oturduğuna şübhə yeri qoymur. Ada baxın: “Çaldıran şəhidləri və dirəniş şəhidləri anma tədbiri”. İlin-günün bu vədəsində Çaldıran şəhidləri İran mollakratiyasının yadına hardan düşdü? Məntiqlə, İranda müəmmalı helikopter qəzası nəticəsində həlak olan prezident Rəisi, sabiq XİN başçısı, Təbrizin imam-cüməsi və digərləri ilə bağlı ilaxır xütbədə xatırlamalar edilməli, yaxud elə 2024-cü il ərzində Tehranın yüksək çinli qonaqlarının yatdığı yerdə məhv edənlər, İranın proksi qüvvələrinə qan udduranlar hədəf seçilməli idi. Yoxsa Səfəvilər? Özü də Səfəvilərin tarixi Azərbaycan imperiyası olması və bu imperiyanın mərkəzinin Ərdəbil olduğu məlum. Şah İsmayıl Xətai babamız və doğmalarının bu şəhərdə torpağa tapşırıldığı, hər birimiz üçün ziyarətgaha çevrildiyi də danılmaz faktdır. Lakin nə qədər iddia etsələr də, Səfəvilərin fars şovinizminə dəxlinin olmadığı bəllidir. Belə olduğu təqdirdə, İran Dövlət Televiziyasının tamaşa təqdimatı təbii ki, məkrli niyyətlərdən qaynaqlanır və ən yüksək səviyyədə dəstəkləndiyi məlumdur. 

 

Etirazçılar içərisindən hansısa mülki geyimli SEPAH-çıların Azərbaycan və Türkiyə liderləri, dövlətləri əleyhinə qışqırmasını əks etdirən kadrlar yayılıb. Qaragüruh nə baş verdiyinin fərqinə varmadan onun səsinə səs verir. Bütün bunlar İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amulinin gözləri qarşısında baş verir. Ərdəbilin imam-cüməsi ilə bir dəfə müsahibə - əslində mübahisə edən – biri olaraq onun nə qədər bəsit arqumentlərə əsaslandığına şahid olmuşam. Azərbaycanı İsraillə əməkdaşlığa görə ittiham edən bu şəxs ölkəmizi Qarabağı azad etmək istəməməkdə ittiham edirdi. Deyirdi Azərbaycan müharibə qərarı versə, 1 milyon nəfərlə birgə Arazı bu taya adlayacaq, guya erməniyə qarşı döyüşəcəkmiş. Amma biz onun erməniyə qarşı dirənişini heç 2019-cu ildə, Paşinyan Təbrizdə olarkən “Qarabağ-Ermənistandır. Nöqtə”, sərsəmləməsi yazılmış şüarı qaldıranda da görmədik. Heç İrandan Ermənistana silah-sursat daşınanda, Azərbaycana qarşı çeşidli təxribatlara əl atılanda da Seyid Amulini meydanda görmədik. Cənublu qardaşlarımız Arazın o tayından Azərbaycan əsgərinin düşmənə qan uddurmasını seyr edərək, alqış deyəndə də Amuli onların arasında yox idi. Amma anti-Azərbaycan tədbirləri olanda Seyid dərhal ortaya çıxır. Sözsüz ki, təlimatı Tehrandan, yaxud Qumdan alır. Məqsəd bəlli, münasibətlərin normallaşmasına imkan vermək olmaz, gərginlik səngiməməlidir!

Bir müddət öncə Seyid Amuli prezident Pezeşkiana təşəkkür etmişdi, Bakıya, COP29-a gəlmədiyinə görə...Qarabağı “azad etməyə hazır” olan imamcümə iki qonşu arasına girməyə cəhd göstərir hər zaman. Hünəri var, İran-Ermənistan münasibətlərinə, qarşılıqlı səfərlərə qarşı çıxış etsin. O Ermənistana ki, ərazisini ABŞ, Fransa başda olmaqla Avropa İttifaqının, NATO-nun poliqonuna çevrilib. Günün birində Ermənistan ərazisindən İrana – həm də çox təəssüf ki, Cənubi Azərbaycana – Amerika, Fransa raketləri uçsa, onda da Amuli Azərbaycanı hədəfə alacaq?

 

Lap deyək ki, Azərbaycanın İsraillə münasibətləri Amulinin və digər şovinistlərin şəstinə toxunur. Bəs onda Türkiyəyə qarşı hikkəyə nə ad qoymaq olar? Rəcəb Tayyib Ərdoğan İsrailin bölgədəki siyasətinə, hərbi əməliyyatlarına qarşı sərt və prinsipial şəkildə dayanıb, bir sıra hallarda münasibətlər müharibə həddinə çatır. Axı, məntiqlə İrandakı ayətullahlar Ərdoğanın ətəyində namaz qılmalı idilər, ona təşəkkür eləməliydilər. Prezident İlham Əliyevin Fələstin məsələsinin iki dövlət prinsipi ilə həll olunması zəruriliyi barədə qətiyyətli mövqeyini görməzdən gələn ayətullahlar Azərbaycan dövlətinin Fələstinə humanitar yardım göstərməsini də görə bilmirlər. Çünki əslində onları fələstinli uşaqların taleyi maraqlandırmır. Maraqlandırsaydı, 2023-cü ilin 7 oktaybrında İranın dəstəklədiyi HƏMAS-ın həyata keçirdiyi qətliama qarşı da etirazlarını bildirərdilər. Fələstin ocağı sönməkdə ikən onu yenidən alovlandıran və İsrailin əlinə bəhanə verən məhz İran oldu, Azərbaycan və Türkiyə yox, bunu bilmələri lazımdır! Ərdəbildə, Azərbaycan üçün müqəddəs məkanların birində anti-Türkiyə, anti-Azərbaycan aksiyası təşkil etməklə guya bizi “ürəyimizdən vurmaq” istəyiblər. Amma mənasız cəhddir. Biz güneyli qardaşlarımızın səsini, harayını eşidirik, Ərdəbildəki səs onların səsi deyil, yabançıdır. Özü də bu şou Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində təşkil olunub, bununla guya bizi parçaladıqlarını zənn edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 50 milyonluq azərbaycanlının prezidenti olması, İrandakı 40 milyonun ana dilində təhsil ala bilmədiyi haqda dedikləri Qum uşaqlarına yaman yer eləyib. Təbii ki, bu siyasətin başında rəsmi şəxslər dayanır, özfəaliyyət deyil. Bu hadisə heç şübhəsiz ki, İranın riyakarlığının və ikiüzlülüyünün bariz nümunəsidir. Görünür, Azərbaycan Prezidentinin regionda, xüsusilə Güney Azərbaycanlılar arasında artan nüfuzu İranı ciddi şəkildə narahat edir. Hamımıza məlumdur ki, belə dini tədbirlər İran dövləti və SEPAH tərəfindən təşkil və idarə olunur. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal yaradardılar. Bəs cənab Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Artıq şübhə doğurmur ki, bu, elə onların öz təşkil etdikləri bir oyundur.

 

Fikir verin, “etiraz aksiyası” nə vaxt təşkil olunub: Azərbaycan-İran münasibətlərindəki gərginliklərin geridə qalmasının ardınca əlaqələrin bərpasına başlandığı dövrdə. Son vaxtlarda iki ölkə hərbçiləri birgə təlimlər keçirdi, rəsmilər qarşılıqlı səfərlər etdilər, üstəlik, Misirdə, Azərbaycan G-8-ə yekdilliklə üzv qəbul edildi. Pezeşkianın da səs verdiyi bir nəticə əldə olundu və Prezident Ərdoğan Azərbaycanın üzvlüyünü quruma əlavə güc qatacaq qərar kimi yüksək dəyərləndirdi. Amma ardınca İranda anti-Azərbaycan, anti-Türkiyə “hərəkatı” başlayır, özü də Səfəvilər xatırladılaraq. Məkrli niyyət ortada: “Bir millət, iki dövlət”i bölmək üçün “tarixə ekskurs” edirlər öz aləmlərində. Ancaq bu gerizəkalılar anlamırlar ki, tarixdə çox şeylər olur və 500 il öncə iki qardaş imperiya arasında nifaq salanlar da elə üçüncü qüvvələr olmuşdu heç şübhəsiz. Ondan sonra əsrlər keçdi, Azərbaycan və Türkiyə qardaşlığı Çanaqqalada, Bakıda, Şamaxıda, Qarabağda dəfələrlə sınaqdan keçdi. İranın gücü yalnız mərsiyə məclislərində kimisə təhqir etməyə çatır. ABŞ Süleymanini öldürəndə heç bir reaksiya verə bilmədilər. Suriyadan onları qovdular, amma yenə də bir addım ata bilmədilər. Amma Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsindən əndişələnərək tez-tələsik etirazını bildirmişdi. İsrail Nasrullahı məhv etdi, yenə də səssiz qaldılar. Əgər cəsarətləri varsa, gedib İsrailə cavab versinlər. Gücləri yalnız Azərbaycanın səfirliyinə hücum etməyə çatır. Bu hücumun arxasında SEPAH dururdu və həmin terrorçu-agent hələ də edam edilməyib, baxmayaraq ki, artıq iki il keçib. Azərbaycan bu addımı gözləyir və əgər İranda kimsə düşünürsə ki, Bakı bu tələbdən geri çəkiləcək, ciddi yanılır. Bu, diplomatik münasibətlərin normallaşması üçün əsas şərtdir. Abdullahian Bakıda olarkən söz vermişdi ki, bu adam edam ediləcək. Belə addımlar İranın əsl niyyətlərini və davranışlarını bir daha ortaya qoyur. Azərbaycan öz mövqeyindən çəkinməyəcək.

Bir faktı da xatırladaq: Prezident Məsud Pezeşkiana Bakı konfransında iştirak etmədiyinə görə “səmimi qəlbdən təşəkkür” edən zaman Seyid Amuli bunu da demişdi: “Azərbaycanlıların əksəriyyəti İranda yaşayır və ona görə də İran dünya azərbaycanlılarının tarixi vətənidir, bu səbəbdən İran dünya azərbaycanlıları haqqında bəyanat verməlidir”. Ərdəbil aksiyasının 31 Dekabr ərəfəsində keçirilməsinin təsadüf olmadığı bir daha bəlli olur.

Budur, məlumat yayılıb ki, İsrailin hücumları başlayandan indiyədək  Qəzza zolağında yaşayan Fələstin əhalisinin sayı 6 faiz azalıb. 7 oktyabr 2023-cü ildən bəri anklavda 45 min 484 fələstinli həyatını itirib, təxminən 100 min fələstinli isə bölgəni tərk edib. Qeyd olunub ki, həyatını itirənlərdən 17 min 581-i uşaq, 12 min 48-i qadındır. Daha 108 min 90 nəfər yaralanıb, təxminən 11 min nəfərin taleyi barədə isə məlumat yoxdur. Avdın sözlərinə görə, Qəzza zolağında yaşayan əhali 160 min nəfər azalaraq 2,1 milyona düşüb ki, bu da təxminən 6 faiz azalma deməkdir. Amma İran hakimiyyəti müharibənin dayandırılmasını istəyən və buna çalışan Azərbaycanı və Türkiyəni hədəfə alır. Elə bu sətirləri yazarkən məlumat yayıldı ki, İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” təşkilatının hərbi qanadının raket bölməsinin komandiri Sədi Masri məhv edilib. Amuli və digərləri yəqin yenə də İsraili deyil, Azərbaycan və ya Türkiyəni hədəfə alacaqlar. Bilirlər axı, Azərbaycan və Türkiyədən fərqli olaraq onların başına bomba yağdırar. Öz ərazisindən İrana qarşı hərbi əməliyyatlara icazə verməyən Azərbaycana “təşəkkürü” budur fars şovinizminin.

Əslində Türkiyə və Azərbaycan liderlərinə qarşı aksiyanın təşkil olunmasının əsas səbəbi bizə bəllidir. İran Suriyada biabırcasına uduzdu, milyardlar xərclədi, proksi qüvvələrlə birgə, Bəşər Əsəd də İranı “yarıtmadı”. Suriya proseslərinin qaliblərindən biri Türkiyə Azərbaycanla birgə hərəkətə keçib, son günlər Əliyev və Ərdoğan Suriya mövzusunu müzakirə ediblər. Azərbaycandan ilk yardım karvanı artıq Suriyaya yetişib. Budur İrandakı türkofobları yandıran. Vaxtilə Ermənistan seriyalı maşınlarla Xankəndidəki separatçılara yanacaq göndərən və planı ifşa olunan İranı deyirəm. Qarabağ Zəfərindən sonra İran davamlı şəkildə ölkəmizi təhdid edirdi. Qarabağda da uduzdu, Suriyada da...Ona görə də öz aləmində “qisas alır”, Azərbaycan və Türkiyədən. Din adamı qana çağırmaz, sülhə çağırış edər. Din adamı heç olmasa bir xütbəni Azərbaycan təyyarəsinin qurbanlarına həsr edərdi...Bütün bu bəd əməllər tarixdə qalacaq. Hər kəs öz əkdiyini biçəcək! Hələ güneyli qardaşlarımız öz sözlərini deməyiblər...

Elşad Paşasoy,
Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see147

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri