“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olunub
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sumqayıt” basketbol klubunun yeni baş məşqçisi məlum olub.
İdman.Biz xəbər verir ki, yeni mövsümdən komandanı türkiyəli mütəxəssis Uğur Özdemir çalışdıracaq.
1+1 illik müqavilə imzalayan mütəxəssis Azərbaycan basketbolu üçün tanış simadır.
Özdemir 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən “Xırdalan”ın (hazırda “LANDAU Lions”) baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda iki dəfə çempionatın yarımfinalına yüksəlib.
Gənc mütəxəssis Türkiyədə “Türk Telekom”, “Daruşafaka”, “Çankaya Universiteti” və “Giresun” kimi klublarda da çalışıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının İdarə Heyətinin qərarına əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də çıxış edəcək. Qərar klubların qeydiyyat tələblərinin qiymətləndirilməsi əsasında qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Sentyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















