Icma.az
close
up
RU
Hərəkətə başla, ömrünü uzat!

Hərəkətə başla, ömrünü uzat!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər insan ömrünü uzadan fiziki aktivliyin optimal müddətini müəyyən ediblər

Beynəlxalq alimlər qrupu fiziki aktivliyin müddəti və intensivliyi ilə ölüm riski, ürək-damar və onkoloji xəstəliklərin yaranma ehtimalı arasındakı əlaqəni araşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, böyüklər həftədə beş saata qədər orta intensivlikli fiziki fəaliyyət (məsələn, sürətli yerimə, yüngül qaçış və ya dağ yürüşləri) və ya həftədə iki saat yarım yüksək intensivlikli məşqlər (fitnes, intervallı məşqlər, uzun məsafəyə qaçış və ya tennis) etməyə çalışmalıdırlar.

Avstraliyanın Kvinslend Universiteti, Yaponiyanın Tokio Tibb Universiteti və Kanagava Universiteti, Braziliyanın Londrina Dövlət Universiteti və Litvanın Klaipeda Universitetinin alimləri 2023-cü ilin aprel ayına qədər ingilis dilində dərc edilmiş 85 elmi araşdırmanı təhlil ediblər. Bu tədqiqatların 77-də fiziki aktivliklə ümumi ölüm riski, 34-də əlavə olaraq ürək-damar xəstəlikləri, 15-də isə onkoloji xəstəliklər arasındakı əlaqə qiymətləndirilib.

Təhlil edilən tədqiqatlarda iştirakçı sayı 357 nəfərdən 6,5 milyona qədər dəyişib. İştirakçıların yaşı 18-dən 96-dək, qadınların payı isə 7 faizdən 73 faizə qədər olub. İnsanların sağlamlıq vəziyyəti 6-8 il ərzində müşahidə edilib.

Məlumatların ümumiləşdirilmiş statistik təhlili göstərib ki, ÜST tövsiyələrinə uyğun davamlı fiziki aktivlik ölüm riskini orta hesabla 20–40 faiz azaldır. Bu effekt həm orta, həm də yüksək intensivlikli fəaliyyətlərdə və onların kombinasiyasında müşahidə olunub. Maraqlıdır ki, tövsiyə olunandan artıq müddətdə fiziki aktivlik heç bir əlavə fayda verməyib.

Ən diqqətəlayiq nəticələrdən biri odur ki, yetkin yaşda belə aktiv həyata başlayan insanlarda da xeyli irəliləyiş qeydə alınıb. Fiziki aktivliyə başlayan bu qrupun ölüm riski, hələ də hərəkətsiz həyat tərzi sürənlərlə müqayisədə 20–25 faiz azalıb.

Araşdırmalar onu da göstərib ki, yüksək fiziki aktivliklə ölüm riski arasındakı mənfi əlaqə daha çox ürək-damar xəstəlikləri sahəsində müşahidə olunub. Belə ki, yüksək aktivliyi olan insanlar passiv həyat tərzi keçirənlərlə müqayisədə ürək-damar xəstəliklərindən 40 faiz, xərçəngdən isə 25 faiz daha az vəfat edirlər.

Alimlər bu nəticələrin bəzi məhdudiyyətlərini də qeyd ediblər. Belə ki, araşdırmalarda fiziki aktivliyin intensivliyi bəzən subyektiv olaraq qiymətləndirilib. Bununla belə, bu sahədə aparılan ilk genişmiqyaslı icmal və təhlil göstərir ki, fiziki aktivliyin hər hansı forması, hətta gec başlansa belə, hərəkətsiz həyat tərzindən qat-qat faydalıdır.

Tədqiqatın nəticələri British Journal of Sports Medicine jurnalında dərc olunub.

Alimlər, həmçinin irlandiyalı Rişard Morqanı nümunə kimi göstəriblər. O, idmana yalnız 70 yaşında başlayıb. Nəvəsi ilə birlikdə zala gedən Morqan maraq üçün qayıq simulyatorunu sınaqdan keçirib və bu fəaliyyətə gündəlik davam edib. 2007, 2017, 2021 və 2022-ci illərdə öz yaş kateqoriyasında qapalı məkanda keçirilən qayıq üzrə dünya çempionu olub. İrlandiyalı fizioloqların apardığı laborator araşdırmalara əsasən, hazırda 90 yaşını keçmiş Morqanın fiziki göstəriciləri 30–40 yaşlı kişi səviyyəsindədir.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri