Icma.az
close
up
RU
Bastrıkinin arxasındakı siyasi güclərin həzm edə bilmədiyi Azərbaycan reallığı

Bastrıkinin arxasındakı siyasi güclərin həzm edə bilmədiyi Azərbaycan reallığı

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin təyyarə qəzası ilə bağlı dünən ictimaiyyətə açıqlanan məktubu onu göstərir ki, Rusiya dövləti əvvəlki ritorikasına, ənənəsinə sadiq qalaraq yalnız öz geosiyasi ambisiyaları çərçivəsində məsələlərə baxır, hüquqi, normativ və leqal aspektlərə dəyər vermir, qiymətləndirmir. Onun məqsədi yalnız geosiyasi ambisiyalar, postsovet məkanında öz təsir imkanlarını daha da gücləndirmək və buna qarşı çıxan ölkələrə bir növ "gözdağı" vermək, qarşı qarayaxma kampaniyası aparmaq və təzyiqlər göstərməkdir".

Bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Sultan Zahidov deyib.

Onun sözlərinə görə, xüsusən də son bir ildə Rusiya-Azərbaycan münasibətləri timsalında da qeyd edilənlərin şahidi olmaqdayıq:

"Cinayət işinin bu cür bağlanması nəticə baxımından bir neçə anlam daşıya bilər. İlk növbədə bu, o demək ola bilər ki, Rusiyada dövlət institutları arasında koordinasiya lazımi səviyyədə deyil. Çünki oktyabrın 9-da Düşənbədə Putin özü etiraf etmişdi ki, təyyarə Rusiya HHM sistemi tərəfindən vurulub. Hətta dedi ki, Azərbaycanın haqlı tələbləri - hadisənin ictimaiyyətə etiraf olunması, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi yerinə yetiriləcək. Lakin həmin hadisədən iki ay sonra biz İstintaq Komitəsinin rəhbərinin məktubunda tam fərqli ritorikanın şahidi oluruq.

Ya da bu, birbaşa sifarişdir və arxasında Rusiyanın siyasi dairələri dayanır. Çünki Azərbaycanın müstəqil xarici siyasət yürütməsi onların maraqlarına uyğun deyil".

"Qarabağ müharibəsindən sonra Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə nüfuzunu artırıb. Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Çin üçün strateji əhəmiyyətli bir gücə çevrilməkdədir. Rusiyada isə görünür ki, bunu həzm edə bilmirlər. Azərbaycanın Qafqazdakı çəkisi, Mərkəzi Asiyadakı təsiri, Yaxın Şərqdəki artan nüfuzu onların maraqlarına ziddir. Buna görə də müxtəlif yollarla Azərbaycana təzyiqlər edilir: Diaspor və biznes nümayəndələrinin sıxışdırılması, dövlətə bağlı media qurumlarında qarayaxma kampaniyalarının aparılması da bu qəbildən olan hadisələrdir" - deyə, analitik vurğulayıb.

O daha bir vacib məqama da toxunub:

"Beynəlxalq münasibətlərdə müxtəlif nəzəri məktəblər var. Məsələn, realizmin mahiyyəti güc üzərində qurulur. Realist yanaşmaya görə, supergüclər ilk növbədə yerləşdiyi coğrafiyada təsir sahibi olmaq istəyirlər. Onlar üçün beynəlxalq hüquq və mənəvi dəyərlər əhəmiyyət daşımır, hər şey geosiyasi maraqlara tabedir. Rusiyanın siyasəti də məhz bu cür yanaşmaya əsaslanır. Bu isə hüquqa və mənəviyyata deyil, gücə və maraqlara söykənən siyasətdir. Bu siyasət isə Rusiya üçün nəticə etibarilə müsbət deyil. Çünki Rusiya bu yolla sülh, dəyərlər, ədaləti yox, müharibə, zorakılıq, hüquqsuzluğu təbliğ edir. İndiki halda təyyarə qəzası ilə bağlı Rusiya İstintaq Komitəsinin məktubu da bir daha bu hüquqsuzluğun və beynəlxalq dəyərlərdən uzaq siyasətin göstəricisidir. Qeyd edim ki, bu, Rusiya üçün ilk belə hal deyil. Nə Malayziya hava yolları, nə də sovet dövründə Koreya təyyarəsinin vurulması məsələsində Rusiya heç vaxt məsuliyyəti öz üzərinə götürməyib".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri