Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Batalyon komandiri: Şuşaya heç vaxt əlvida demədim

Batalyon komandiri: Şuşaya heç vaxt əlvida demədim

Icma.az, Oxu.az saytına istinadən bildirir.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu müharibə zamanı göstərilən igidlik, fədakarlıq və qələbə ruhu xalqımızın həmrəyliyinin, vətən sevgisinin ən parlaq nümunəsi kimi yadda qaldı. Şuşa kimi müqəddəs torpağın azad olunması isə bu zəfərin ən mühüm simvoludur.

Şuşa ərazi özünümüdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov Oxu.Az-a açıqlamasında həm Birinci Qarabağ müharibəsi, həm 44 günlük Vətən müharibəsi, həm də Şuşada yaşamağın qürur və sevincindən danışıb.

Onun təcrübələri, xatirələri və düşüncələri müharibənin həm ağır, həm də qürurverici məqamlarını açıq və səmimi şəkildə əks etdirir.

- Fəxrəddin bəy, uğrunda mübarizə apardığınız, lakin illərdir həsrətini çəkdiyiniz Şuşada olmaq, burada yaşamaq necə hissdir?

- Qürurvericidir. Təsəvvür etmirəm ki, vətəninə, torpağına kimsə bağlı olmasın. Arzum budur ki, istəyən hər kəs Şuşada, digər azad olunan torpaqlarımızda evlərinin işığını yandırsın, toy-büsatlarımız çoxalsın.

- Birinci və İkinci Qarabağ müharibələri arasında ordumuzun inkişafını necə qiymətləndirirsiniz? Hərbi təcrübə və texniki imkanlar necə dəyişdi?

- 44 günlük müharibədə əvvəlki ordudan fərqli olaraq müasir texnikaya keçən, həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən uzun illərin ağrısını yaşayan o gənclər bildilər ki, döyüşmək, qisas almaq nədir. Lakin mən düşməni aciz, qorxaq göstərməyin də tərəfdarı deyiləm. Çünki bu, əldə edilən qələbəyə kölgə salır. Düşmən zəif deyildi, biz daha güclü idik. Bizim igidlər - xüsusi təyinatlılarımız, milli ordumuz, daxili qoşunlar - onlara qarşı elə qürurla döyüşdülər ki, düşməni darmadağın etdilər. Halbuki onların havadarları da çox idi. Bizim igidlər həm də ermənilərin havadarlarına qalib gəldi. Bu, ordumuzun özünə qayıtdığının əyani sübutdur. Azərbaycanda yaşayan hər bir vətəndaş yumruq kimi birləşdi və biz düşmənə qalib gəldik.

Batalyon komandiri: "Şuşaya heç vaxt əlvida demədim"

- Şuşanın azad olunması sizin üçün hansı mənəvi anlamı daşıyır?

- Mənim də az da olsa İkinci Qarabağ müharibəsində xidmətim oldu. Xüsusi təyinatlı qüvvələr mənimlə əlaqə saxlayırdılar, xidmətimizi əsirgəməmişik. Həmin ərəfədə ilk dəfə Şuşadan Bakıya torpaq apardım. Televiziya kanallarının birində verilişdə qonaq idim. Şuşalılara müraciət etdim ki, sizə torpaq gətirmişəm. Qismətdən döyüş yoldaşım Teymur müəllim də mənimlə birgə orada idi. Torpağı məndən aldı, qoxladı, öpdü və dərindən nəfəs aldı. Dedi ki, komandir, torpaqdan qızılgül ətri gəlir. O deyənə qədər mən onu hiss etməmişdim. Həqiqətən də düz deyirdi, torpaqdan qızılgül ətri gəlirdi. O an mənim içimdən bir hiss keçdi. Cıdır düzünün qayalarını aşağıdan yuxarıya qalxan, yaralanan, şəhid olan əsgərlərimizi xatırladım və belə bir şeir yazdım:

Bizə doğma olan ana vətənin,

Torpağı şəkərdir, suları baldır.

Şəhid qanı düşən hər qarış yerdən,

Göyərib, boy atıb bayraq ucaldı.

Hər şəhid göylərdən bir tərlan kimi,

Baxır zəfər dolu keçdiyi yola.

Qanının rəngidir, süzlüb hopur,

Qırmızı gül açan hər yaşı kola.

Şuşaya cığırla dırmaşan əsgər,

Qazini, şəhidi yolda qoymadın.

Sən vətən eşqinə, torpaq eşqinə,

Alışdın, odlandın bir an doymadın.

Qürurun, hünərin vətən istəyi,

Atalar, analar qurbanlar kəsər.

Yüz illər tarixdə xatırlanacaq,

Qanınla torpağa yazdığın əsər.

Bu əsəri bizim xalqımız, dövlətimiz yazdı.

- Sizcə, ordumuzun zəfərində hansı amillər ən önəmli rol oynadı? O dövrdəki əməliyyatlarla son əməliyyatları necə müqayisə edərdiniz?

- Birinci Qarabağ müharibəsində də belə əməliyyatlar olub. Məsələn, Daşaltı əməliyyatına mənfi münasibət göstərənlər çox oldu. Əslində isə generalımız Tacəddin Mehdiyev bu əməliyyatı Şuşanı müdafiə etmək üçün keçirirdi. Çünki Şuşanı müdafiə etmək üçün manevr etməyə torpaq ərazisi yox idi. Hər tərəfimiz ermənilər tərəfindən mühasirəyə alınmışdı. O, Şuşanın ərazisini böyüdüb nəfəs almaq üçün həmin əməliyyatı həyata keçirdi. Əməliyyatın alınmaması isə başqa məsələdir. Yəni, ruslar bildi, kəşfiyyatın xəbəri oldu və s. 44 günlük müharibədə respublikanın hər yerindən paytaxt Bakı ilə əlaqə yarada bilmirdik, məgər? Bilirdik əlbəttə. Hamı gedən texnikanı da görürdü, müharibədən də xəbəri var idi. Hər kəs müzakirə də edirdi. Həmin dövrdə də Daşaltı əməliyyatını hamı bilirdi. Yəni, bunu nə qədər gizli saxlasan da, məlum olacaq. Əsgərlər bir yerə toplaşırsa, şəhəri müdafiə etməyə hazırlaşırsa, hər şey aydın olur. Əsas problem formalaşmamış ordu və şəhər idi. Ona görə də indi təxribatçı söhbətlər etmək, köhnə və yeni döyüşçü ifadələri səsləndirmək ayıbdır. Həmin dövrdəki döyüşçülərin apardığı təbliğat bugünkü gəncliyi formalaşdırdı və biz onların bəhrəsini gördük. Biz özümüzdən asılı olmayaraq uduzmuşduq və hər kəs bilir ki, bizi həmin dövrdə udanlar kimlər idilər. Sonra dövlətin iqtisadi dirçəlişi, hərbi cəhətdən güclənməyimiz bizi Vətən müharibəsində qalib etdi. Ərazi bütövlüyümüzə isə heç kim müdaxilə edə bilməz. Azərbaycan ordusu hər keçən gün daha da güclənir. Artıq dünyada demokratiya, bərabərhüquqlu yanaşma ancaq gücdən ibarətdir. Ona görə də ölkə başçımızın xarici siyasətinə həsəd aparan dövlət başçıları var. Dövlət başçısı Şuşaya gələndə balkondan onu salamlayıb, öz təşəkkürümü bildirdim.

- Siz həm də bədii ədəbiyyatla məşğulsunuz. Şəhidlərimizin xatirəsinə yazdığınız şeiri də səsləndirdiniz. Bəs, şeirlərinizdə Şuşanı necə yaşatmısınız?

- 2007-ci ildə, torpaqlarımız işğal altında olanda bir qrup ziyalımız - Polad Bülbüoğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla, İlhami Fətəliyev Şuşanı ziyarət etmişdilər. Kadrlara baxanda, şəhəri görəndə Şuşa ilə bağlı hisslərim yenidən oyandı. Həm köhnə günləri xatırladım, həm də ümidim yenidən dirçəldi və belə bir şeir yazdım:

Yenə məhəllənizdən gəlib keçirdim,

Elə bil dəyişib küçə də, daş da.

Qocalıq əlimdən tutub yeriyir,

Ancaq məhəbbətim əvvəlki yaşda.

İtburnu kolları sırğalanıbdır,

Dərməyə kimisi, kimsəsi yoxdur,

Sənin boylandığın pəncərənizdən,

Mənim gəlişimə özgəsi baxdı.

Əlvida demirəm daşa, torpağa,

Yenə pəncərədən sən baxacaqsan.

Şəhərin yuxarı başından gələn,

O mahnı selində sən axacaqsan.

- Gələcək nəsillərə hansı mesajı vermək istəyirsiniz?

- Allaha şükür ki, bu gözəl günləri bizə bəxş etdi və gələcək nəsillərimiz də öz dədə-baba yurdlarında yaşayacaq. Şeirdə də dediyim kimi, Şuşaya heç vaxt əlvida demədim, çünki bir gün qayıdacağımızı bildirdim. Elə də oldu. Biz qayıtdıq, biz Şuşadayıq.

Mərahim Nəsib

Video: Əqdəm Qasımov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri