Icma.az
close
up
RU
Batumidə Dünya kubokuna doğru bu yay şahmat kraliçası kim olacaq?

Batumidə Dünya kubokuna doğru bu yay şahmat kraliçası kim olacaq?

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu həftəsonu Batumidə qadınlar arasında şahmat üzrə Dünya kubokunun bir aylıq marafonu başlayacaq. İyulun 6-dan etibarən dörd həftə ərzində dünyanın ən güclü şahmatçıları yalnız titul uğrunda deyil, həm də İddiaçılar Turnirinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar. İlk üçlükdə qərarlaşanlar bu hüququ əldə edəcəklər.

İdman.biz xəbər verir ki, ənənəyə uyğun olaraq nokaut sistemində keçiriləcək yarışda ümumilikdə 107 şahmatçı çıxış edəcək.

Sonuncu dəfə bu turnir iki il əvvəl Bakıda baş tutmuşdu. Həmin vaxt paralel olaraq kişilər arasında da Dünya Kuboku keçirilmiş və azərbaycanlı şahmatçı Nicat Abasov üçüncü yeri tutaraq İddiaçılar Turnirinə vəsiqə qazanmışdı. Adətən Dünya kubokları hər iki kateqoriya üzrə eyni ildə keçirilir. Qadınlar artıq Gürcüstanın Acarıstan bölgəsinə yollanmağa hazırlaşsalar da, kişilər arasında payızda keçirilməsi planlaşdırılan yarışın yeri hələ müəyyənləşməyib.

Hazırda isə bütün diqqətlər Batumidədir. Burada dörd azərbaycanlı şahmatçı da mübarizə aparacaq. Püşkatmanın nəticələrinə görə, 1-ci mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.

Hər mərhələyə iştirakçılara üç gün vaxt veriləcək: əvvəlcə rənglərin növbələşməsi ilə iki klassik oyun, ehtiyac yaranarsa isə tay-breyk oynanılacaq. Nokaut formatını nəzərə alsaq, hər mərhələ favoritlər üçün ciddi sınaqlarla və sürpriz nəticələrlə yadda qala bilər. 107 şahmatçıdan 86-sı mübarizəyə birinci mərhələdən başlayacaq, ən yüksək reytinqə malik 21 oyunçu isə yarışa birbaşa ikinci mərhələdən qoşulacaq.

Oyunlar beşulduzlu "Grand Bellagio Convention & Casino Hotel"də keçiriləcək. Hazırda bu məkanda 8–12 yaşlı uşaqlar arasında təşkil olunan yeniyetmələrin Dünya kuboku da davam edir. Orada 40 ölkədən 300 iştirakçı mübarizə aparır.

Qadınlar arasında Dünya kubokunun ümumi mükafat fondu 691250 ABŞ dolları təşkil edir və qalibə 50 min dollar veriləcək. Bundan əlavə, əsas hədəflərdən biri də İddiaçılar Turnirinə ayrılmış üç vəsiqədən birini qazanmaqdır ki, bu da şahmat tacı uğrunda mübarizə şansı deməkdir.

Lakin bu fürsətə yaxınlaşmaq üçün şahmatçılar beş mərhələ keçməli və ən azı yarımfinala kimi irəliləməlidirlər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri