Icma.az
close
up
RU
Bavariya bir addım öndədir və qələbəyə daha yaxın tərəfdir Ekspertdən PROQNOZ

Bavariya bir addım öndədir və qələbəyə daha yaxın tərəfdir Ekspertdən PROQNOZ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bu gecə UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq. Yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olacaq. 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fransızların 5:4 hesablı qələbəsi ilə başa çatıb. Bəs bugünkü oyundan hansı gözləntilər var? "Arsenal"ın finaldakı rəqibi hansı klub olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, axşam bizi gərgin mübarizədə keçəcək qarşılaşma gözləyir:

"Birinci matçdakı 5:4 hesabı tərəflərin nə qədər iddialı olduqlarını, qalib gəlmək istədiklərini göstərdi. Oyun qarşılıqlı hücumlar əsasında keçdi. Hətta 5:2 hesabı ilə geridə olmasına baxmayaraq, "Bavariya" geri çəkilmədi, dayanmadı və özünə lazım olan iki qolu vuraraq minimal hesabla məğlub oldu, cavab qarşılaşması üçün isə bir şans saxladı".

Ekspert qeyd etdi ki, oyun "Bavariya"nın meydançasında - Münhendə, "Allianz Arena"da keçiriləcək və bu arenada qalib gəlmək, buradan turu keçmək dünyanın istənilən komandası üçün çətindir.

"Düzdür, "Paris Sen-Jermen" Çempionlar Liqasının son qalibidir, çox güclü komandadır və çox yaxşı məşqçi olan Luis Enrikenin rəhbərlik etdiyi kollektivdir. Yəni hər mənada çox güclü və təhlükəlidirlər. Amma "Bavariya" da öz evində oynayır. Düşünürəm ki, meydan amilini, azarkeş dəstəyini və komandanın istəkli olduğunu nəzərə alsaq, "Bavariya" bir addım öndədir və qələbəyə daha yaxın tərəfdir. Belə bir vəziyyət də yarana bilər ki, oyun əlavə vaxta, hətta penaltilərə qədər uzansın. Bu halda da meydan amili və fiziki hazırlıq üstünlüyü "Bavariya"nın xeyrinə işləyə bilər. Ona görə də düşünürəm ki, proqnoz olaraq "Bavariya"nın qələbəsini seçmək olar", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri