Icma.az
close
up
RU
“Bavariya” darmadağın, rəqiblər xal itkiləri ilə başladı

“Bavariya” darmadağın, rəqiblər xal itkiləri ilə başladı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftəsonu bundesliqada 63-cü mövsüm start götürdü.

"Football-plus.az" xəbər verir ki, adəti üzrə açılış oyunu son çempionun meydanında keçirildi.
“Leyptsiq” son illərdə “Bavariya”ya kifayət qədər başağrı olmuşdu və bu matçda da ən azı intriqanın olacağı güman edilirdi. Özü də “öküzlər”in yeni çalışdırıcısı Ole Verner 2023/24-də “Verder”in başında “Alyants Arena”da qələbə qazanmışdı. Amma “rekordmayster” bütün proqnozları alt-üst edərək heç də zəif olmayan rəqibini “kötəklədi”! Olisenin dublu və Diasın gözəl qolu sayəsində ikinci hissəyə heç bir intriqa qalmadı. Fasilədən sonra isə qollardan heç vaxt doymayan Keyn səhnəyə çıxdı. Beləliklə, “Leyptsiq”i ilk dəfə 6:0 məğlub edən “Bavariya” mövsümə möhtəşəm qələbə ilə başladı.
Açılış oyunundakı məhsuldarlıq bazar gününün qarşılaşmalarına da sirayət etdi. 12 komandadan hər birinin ən azı 1 qol vurduğu ikinci oyun günündə sürpriz nəticələr qeydə alındı. “Mançester Yunayted”i batıran Erik ten Haq “Bayer-04”də 1-ci turdan “səviyyəsini” göstərməyə başladı. Leverkuzen təmsilçisi ötən mövsüm çətinliklə elitada yerini qoruyan “Hoffenhyaym”a uduzdu. Özü də evdə! Halbuki Xabi Alonsonun dönəmində “aspirinlər” belə rəqibləri asanlıqla məhv edirdi. “Bavariya”nın mövsümə parlaq şəkildə başlaması sanki rəqiblərə psixoloji cəhətdən təsir göstərdi. “Bayer-04”dən başqa Dortmund “Borussiya”sı da sürpriz şəkildə büdrədi. Halbuki “arılar” “Sankt Pauli” ilə səfər oyununda 85-ci dəqiqəyə 3:1 öndə daxil olmuşdular və 3 xal sanki komandanın “cibində idi”. Ancaq qısa müddət ərzində hər şey 180 dərəcə dəyişdi.
Bundesliqada ilk dəfə start heyətində meydana çıxan seneqallı müdafiəçi Filippo Mane həm penaltiyə səbəbkar olmaqla, həm də qırmızı vərəqə almaqla “Borussiya”ya qənim kəsildi. Meydan sahibləri 3 dəqiqəyə 2 qol vuraraq dramatik şəkildə məğlubiyyətdən qurtuldular. Turun daha bir sürprizi “Auqsburq”un səfərdə “Frayburq” üzərində asan qələbə qazanması oldu. “Union”un “Ştutqart”ı yendiyi qarşılaşmaya isə İlyas Ansa damğa vurdu. Yayda “Paderborn”dan transfer olunan 21 yaşlı forvard “Union”un heyətində bundesliqadakı debüt matçında dubl edən ilk futbolçu kimi klubun tarixinə düşdü. “Ayntraxt” Ekitike kimi qol silahını əldən verməsinə baxmayaraq, mövsümə “Verder”i darmadağın etməklə başladı. Frankfurtluların heyətində önə çıxan isim türkiyəli Can Uzun oldu. O, qarşılaşmanı 1 qol, 2 məhsuldar ötürmə ilə tamamladı və 19 yaş 285 günlüyündə “Ayntraxt”ın heyətində bir bundesliqa matçında 3 qolun vurulmasında yaxından iştirak edən ən gənc futbolçu oldu!
Mövsümə 3 xalla start verən daha bir komanda isə “Haydenhaym”ı asanlıqla yenən “Volfsburq” oldu.
1-ci tur
Bavariya – Leyptsiq 6:0

Olise, 27; 42. Dias, 32. Keyn, 64; 74; 78. (75000)
Bavariya: Noyer, Laymer (Boe, 69), Upamekano, Ta (Kim Min Ce, 68), Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 68), Qnabri (Karl, 69), Olise, Dias, Keyn (Kusi-Asare, 86).
Leyptsiq: Qulaçi, Baku, Orban, Lukeba, Raum, Zayvald (Uedraoqo, 88), Şlager (Banzuzi, 69), Diomande (Nusa, 46), Bakayoko (Baumqartner, 69), Simons, Openda (Romulo, 46).
Bayer-04 – Hoffenhaym 1:2
Kuansa, 6 – Asllani, 25. Lemperle, 52. (30000)
Bayer-04: Flekken, Artur (Poku, 46), Kuansa, Tapsoba, İnkapye, Qrimaldo, Qarsiya, Andrix, Maza (Eçeverri, 84), Tella (Kofane, 85), Şik.
Sankt Pauli – Borussiya D 3:3
Untonci, 50. Sinani, 86-p. Smit, 89 – Girassi, 34. Anton, 67. Brandt, 74. (29546)
Borussiya: Kobel, Kouto, Mane, Anton, Bensebayni, Svensson, Zabitser, Qross (Salih Özcan, 87), Bellingem (F.Nmeça, 46), Adeyemi (Brandt, 46), Girassi.
Ayntraxt F – Verder 4:1
Can Uzun, 22. Bahoya, 25; 47. Knauff, 70 – Njinma, 48. (59500)
Ayntraxt: Tsetterer, Kristensen, Kollins, Kox, Teate, Çaibi, Larsson (Höylunn, 83), Doan (Braun, 83), Can Uzun (Götse, 74), Bahoya (Knauff, 67), Burkardt (Vahi, 67).
Union – Ştutqart 2:1
Ansa, 18; 45+4 – Tomas, 86. (22012)
Ştutqart: Nübel, Vaqnoman (Fürix, 71), Jak, Şabo (Hendriks, 82), Mittelştadt, Ştiller, Karazor (Yovanoviç, 82), Levelinq, Dəniz Undav, Voltemade, Demiroviç (Tomas, 65).
Frayburq – Auqsburq 1:3
Qrifo, 58-p. – Yannulis, 32. Matsima, 42. Volf, 45+2. (33600)
Haydenhaym – Volfsburq 1:3
Skientsa, 29 – Skov Olsen, 20. Svanberq, 67. Amura, 87-p. (13000)
Maynts-05 – Köln 0:1
Bülter, 90.
Borussiya M – Hamburq 0:0
(54042)
Növbəti turun oyunları avqustun 29-31-i aralığında keçiriləcək: Hamburq – Sankt Pauli, Auqsburq – Bavariya, Leyptsiq – Haydenhaym, Hoffenhaym – Ayntraxt F, Ştutqart – Borussiya M, Verder – Bayer-04, Köln – Frayburq, Borussiya D – Union, Volfsburq – Maynts-05.
Turun rəqəmi
2 – birinci turu debütantların hər ikisi üçün uğurlu saymaq olar. “Hamburq” Münhenqladbaxda qol buraxmadısa, “Köln” Mayntsda minimal hesablı qələbə qazandı. Maraq üçün bildirək ki, bundesliqada debütantların 1-ci turda uduzmamasına sonuncu dəfə 2015-də, qol buraxmaması faktına isə 1991-də rast gəlinmişd!
Turun ulduzu
Harri Keyn (Bavariya) – mövsümün ilk rəsmi oyununda - superkubokda qol vuran və karyerasının 2-ci titulunu qazanan Keyn bundesliqada da mövsümə əla start verdi. İngiltərə yığmasının kapitanı “Leyptsiq”lə qarşılaşmanın son anlarında coşaraq 14 dəqiqəyə het-trik etdi! Maraqlıdı ki, Keyn bundesliqada 64-cü oyunda 8-ci het-trikini reallaşdırdı. Halbuki o, premyer-liqada eyni sayda het-triki 320 oyuna reallaşdırmışdı! Ümumilikdə onun hesabında bundesliqada 64 oyunda 65 qol vur. 2023/24 mövsümündən bəri “böyük beşlik”də ondan çox qol vuran futbolçu yoxdu.
Turun sitatı
Erik ten Haq, “Bayer-04”ün baş məşqçisi:

“Təbii ki, çox üzgünəm. Oyun qol vəziyyətləri baxımından zəngin alınmadı. Sadəcə, “Hoffenhaym” bizdən daha effektli oynadı. Hücumda çox nadir hallarda təhlükə yaradırdıq. Rəqibin cərimə meyudançasına topla, demək olar, daxil ola bilmirdik. Bütün bunlar onu göstərir ki, hələ üzərimizdə çox çalışmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Avqust 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri