Icma.az
close
up
RU
“Bavariya” 11 ci dəfə superkuboka sahib çıxdı

“Bavariya” 11 ci dəfə superkuboka sahib çıxdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Almaniyada superkubok uğrunda qarşılaşma keçirildi.

Ötən mövsüm kuboku qazanmış “Ştutqart” doğma fanatları önündə son çempion “Bavariya”nı qəbul etdi. Ötən yay superkubokda penalti seriyasında “Bayer-04”ə uduzan şvabiyalılar bu dəfə fanatları sevindirmək arzusundaydılar. Özü də bu, “Bavariya”nın fəxri prezidenti Uli Hönessin qohumu Sebastyan Hönessin “Ştutqart”ın başında yubiley – 100-cü rəsmi oyunu idi. Ancaq bütün bu məqamlara və yerli fanatların stadionda gözəl ab-hava yaratmasına baxmayaraq, “Ştutqart” qarşıya qoyulan hədəfə çata bilmədi.
Qələbənin əsasını ilk yarıda Keyn qoydu. Münhen nəhənginin yeni transferi Dias ilk rəsmi matçında fərqlənərək komandasının ikinci qolunu vurdu. Kolumbiyalı ulduzun bu qolu bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişən sabiq komanda yoldaşı Jotaya həsr etməsi diqqətdən qaçmadı. “Ştutqart” son anlarda Almaniya yığmasının üzvü Levelinqlə fərqi minimuma endirsə də, məğlubiyyətdən qurtula bilmədi.
Beləliklə, “Ştutqart” ardıcıl ikinci dəfə mövsümə superkubokda uduzmaqla start verdi. Ancaq bu klub bu titulu bir dəfə - 1992-ci ildə qazanmağa müvəffəq olub. “Bavariya” isə son 10 ildə 7-ci, tarixində 11-ci dəfə superkuboka sahib çıxdı. Bundesliqanın qalibi olmaqla karyerasının ilk titulunu qazanan Keyn kolleksiyasını zənginləşdirərək ikinci titulu da hesabına yazdı.
Ştutqart – Bavariya 1:2
Levelinq, 90+3 – Keyn, 18. Dias, 77.
Ştutqart: Bredlov, Vaqnoman (Assinyon, 81), Jak, Şabo (Hendriks, 71), Mittelştadt, Ştiller (Andres, 87), Karazor (Narti, 81), Levelinq, Dəniz Undav, Fürix (Demiroviç, 71), Voltemade.
Bavariya: Noyer, Laymer (Boe, 72), Upamekano (Kim Min Ce, 80), Ta, Stanişiç, Kimmix, Qoretska (Bişof, 90+3), Qnabri (Gerreyro, 80), Olise (Karl, 90+3), Dias, Keyn.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri