“Bavariya”nın səhmlərinin 5 faizi satıla bilər
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bavariya” klubu səhmlərinin 5 faizini Almaniyanın “Viessmann” şirkətinə satmağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə “Sport1” məlumat yayıb. Bildirilir ki, istilik və soyutma sistemləri istehsal edən şirkətlə mümkün anlaşma “Bavariya”ya təxminən 250 milyon avro gəlir gətirə bilər.
Tərəflər hələlik sövdələşməni rəsmi şəkildə açıqlamayıblar.
Razılaşma baş tutarsa, “Viessmann” “Bavariya”nın əsas səhmdarları sırasına daxil olacaq. Hazırda “Allianz”, “Adidas” və “Audi” şirkətlərinin hər biri klubun 8,33 faiz səhminə sahibdir.
Qeyd edək ki, “Viessmann” və “Bavariya” bu ilin fevralında əməkdaşlıq müqaviləsini vaxtından əvvəl 2029-cu ilə qədər uzadıblar. Tərəflər həmçinin “Allianz Arena”nın enerji səmərəliliyinin artırılması üzrə birgə layihə həyata keçirirlər.
Baxış sayı:58
Bu xəbər 17 Avqust 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















