Icma.az
close
up
RU
Bayden hərbi mühəndisləri Ukraynaya göndərir Şirkətlərə iş icazəsi veriləcək AzPolitika onlayn siyasiictimai qəzet

Bayden hərbi mühəndisləri Ukraynaya göndərir Şirkətlərə iş icazəsi veriləcək AzPolitika onlayn siyasiictimai qəzet

ABŞ Prezidenti Co Baydenin administrasiyası Pentaqonun verdiyi silahların saxlanması və təmiri üçün amerikalı müdafiə şirkətlərinə Ukraynada işləməyə icazə vermək qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Amerika rəsmisinin sözlərinə görə, podratçıların sayı az olacaq, onlar cəbhə xəttindən uzaqda yerləşəcək və döyüş əməliyyatlarında iştirak etməyəcəklər.

Mənbə bildirib ki, Ukraynada az sayda podratçı ABŞ-nin verdiyi avadanlığın zədələndiyi təqdirdə tez təmirini və lazım gəldikdə texniki xidmət göstərilməsini təmin edəcək.

Rəsmi əlavə edib ki, Ukraynadakı podratçıları qorumaq üçün ABŞ əsgərlərinin mövcudluğu tələb olunmayacaq və təhlükəsizlik və risklərin azaldılması kimi məsələlər Pentaqonla müqavilə bağlayan şirkətlərin məsuliyyətində olacaq.

Əvvəllər məhdudiyyətlərə görə Kiyev ya ABŞ-nin verdiyi silahları əsaslı təmir üçün başqa ölkələrə göndərməli idi, ya da Ukrayna ordusu təmir üçün uzaqdan tövsiyələr ala bilərdi. Bu, “F-16” qırıcıları və “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə çatdırılmasından sonra getdikcə mürəkkəbləşən təmir işlərini ləngitdi.

“AzPolitika.info”

seeBaxış sayı:25
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri