Icma.az
close
up
RU

Baydenin məsləhətçisindən atəşkəs turu: O, Yaxın Şərqə səfər edəcək

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bildirilib ki, ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin Tel-Əviv və Hizbullah arasında atəşkəslə bağlı müzakirələr aparmaq üçün Livan və İsrailə səfər edəcəyi gözlənilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, saziş layihəsi İsrailin 7 gün ərzində Livanın cənubundan öz qüvvələrini çıxarması və onun yerinə Livan ordusunun gətirilməsini nəzərdə tutur.

Adları açıqlanmayan rəsmilərə əsaslanan xəbərdə İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün dolayısı danışıqlarda “əhəmiyyətli irəliləyiş” gözlənildiyi bildirilib .

Bildirilib ki, Bayden administrasiyası İsrail və Hizbullah arasında atəşkəs üçün layihə hazırlayıb.

Livan mediası ABŞ-ın Beyrutdakı səfiri Liza Consonun keçən həftə İsrail ordusu ilə Hizbullah arasında atəşkəsin yaradılmasına dair saziş layihəsini Livan parlamentinin sədri Nebih Berriyə çatdırdığını yazıb.

Layihəyə görə, İsrail ordusunun cənubdan çıxarılması prosesinə ABŞ və başqa bir ölkə nəzarət edəcək.

Atəşkəs razılaşmasının imzalanmasından sonra 60 gün ərzində Livan ölkənin cənubundakı qruplaşmaları tərksilah edəcək.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə uyğun olaraq, Livana hər hansı silah satışı və ya Livan daxilində silah istehsalı bu qrupların Livanda yenidən silahlanmasının qarşısını almaq üçün Livan hökuməti tərəfindən nəzarət ediləcək.

İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin əhəmiyyətini tanıyacaqlar, lakin bu öhdəliklər iki ölkənin lazım gəldikdə özünü müdafiə etmək hüququna mane olmayacaq.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrindən (UNIFIL) başqa, Livan-İsrail sərhədindəki Mavi Xəttdə yeganə silahlı element Livan ordusu olacaq.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri