Icma.az
close
up
RU
Baydenin sonuncu “YAXŞILIĞI” “Qoca Co” Avropanı Rusiya ilə üzüzə qoyub GEDİR?

Baydenin sonuncu “YAXŞILIĞI” “Qoca Co” Avropanı Rusiya ilə üzüzə qoyub GEDİR?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna-Rusiya cəbhəsində vəziyyət yenidən gərginləşib. Amma bu gərginlik hələki söz savaşı səviyyəsindədir. Belə ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə Ukrayna tərəfindən zərbələr endirməyə icazə verib.
Təbii ki, Baydenin bu qərarı Zelenskini xeyli məmnun edib. Ukrayna prezidenti  baxmayaraq ki. Baydenin "uzaq mənzilli raketlərin" icazəsi ilə bağlı məlumatları şərh edərkən  icazənin verilməsini birbaşa təsdiq etməyib:
“Bu gün bir çox KİV-lər deyirlər ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır, belə şeylər açıqlanmır. Raketlər mütləq öz sözünü deyəcək".
Qlobal müharibə başlayır?
ABŞ prezidentinin qərarı və Zelenskinin ikibaşlı bəyanatı təbii ki, qarşı tərəfin cavabını xeyli tezləşdirdi. Ilk açıqlam Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovdan gəldi. O bəyan etdi ki,  Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaran görünməmiş bir addımdır.
Vladimir Cabarov əlavə etdi ki, Rusiyanın cavabı dərhal olacaq.
Noyabrın 19-da isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məsələ ilə bağlı danışarkən Üçüncü Dünya Müharibəsinin başlama riski barədə də xəbərdarlıq edib :
“NATO tərəfindən Rusiya ərazisinə hücum edildikdə, Rusiya cavab zərbəsi vurmaq hüququna malik olacaq və bu artıq Üçüncü Dünya Müharibəsi olacaq”.
O, həmçinin, NATO-nun Rusiyaya qarşı raket istifadəsini hücum kimi qiymətləndirəcəyini deyib.
Xatırladaq ki, Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Hansı ki, bu sənəd Qərbin nüvə olmayan raketlərini Ukrayna vasitəsilə Rusiya ərazisinə qarşı istifadə etməsi halında nüvə cavabının verilməsini nəzərdə tutur.
Vəziyyət gərginləşir
Həm Qərbin, həm də rəsmi Moskvanın səsləndirdiyi fikirlər məsələnin olduqca ciddiyyətindən xəbər verir. Görünən odur ki. 1000-ci gününü tamamlayan müharibədə heç bir əsaslı uğura imza ata bilməyən Qərb daha radikal addımlar atmağa məcbur olur.
Bu cür radikallığı zəruri edən səbəblərdən biri də ABŞ-da keçirilən son seçkilərin nəticələridir.
Bir daha xatırladaq ki, Respublikaçılar Partiyası təkcə prezident seçkilərində yox, həm də Senata və Nümayəndələr Palatasına keçirilən seçkilərdə də böyük üstünlük qazanıblar.


Beləliklə, respublikaçılar həm icra, həm də qanunverici orqanda tam nəzarəti ələ keçiriblər.
Bu da o deməkdir ki, ABŞ beynəlxalq aləmdəki müharibə və münaqişələrdən bir müddətlik geri çəkiləcək. Bu məğlubiyyətlə barışmayan demokratlarsa son çırpınışlarını edir, dünyanı qana çalxalayırlar.
Bu qərarlar nəyi dəyişəcək?
Baydenin son qərarı müharibədə əsaslı dönüş yaratmayacaq. Ən optimal variantda Ukrayna Rusiyanın dərinliklərinə daha çox zərbə endirmək imkanı qazanacaq. Halbuki, buna qədər də Ukrayna PUA-lar vasitəsilə eyni işi görürdü. Amma heç bir PUA hücumu Kiyevə əsaslı üstünlük qazandırmayıb. Ona görə də uzaqmənzilli raketlər ən pis halda rusların itkisini bir qədər artıracaq. Vəssalam.
Amma rəsmi Moskva bu hücumları cavabsız qoymayacaq. Necə ki, Medvedev son bəyanatında bunu deyib. Rusiyanın cavabı isə təkcə Ukraynaya qarşı yox, həm də digər Avropa dövlətlərinə qarşı olacaq. Beləcə, Ukraynadan başqa ən azı 3-4 Avropa ölkəsi Rusiyanın zərbə hədəfinə çevriləcək. Bu da artıq Üçüncü Dünya Müharibəsi deməkdir.
Üçüncü Dünya Müharibəsi başlayıb, yoxsa başlayacaq?
2022-ci ilin fevral ayının 22-də Ukrayna-Rusiya müharibəsi başlanandan sonra bir çox ekspertlər və siyasi liderlər Üçüncü Dünya Müharibəsinin başlandığını bəyan etdilər. Belə qorxunc fikir səsləndirənlər arasında Roma Papası Fransisk də vardı. Belə ki, o 2022-ci ilin iyun ayında Yezuitlər ordeninin Avropadakı nəşrinə müsahibəsində bildirmişdi ki, onun üçün bu gün Üçüncü Dünya müharibəsi alovlanıb:
Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu qeyd edib:
“Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.
Bu və digər fikirləri, eləcə də bugünkü reallıqları nəzərə alsaq deyə bilərik ki, Üçüncü Dünya Müharibəsi başlayıb. Fikrimizin sübutu üçün deyək ki, indiki dünyamızda müharibənin bir neçə - hərbi, siyasi və iqtisadi növü var. Bugünkü prizmadan baxanda aydın olur ki, ABŞ, Avropanın çoxsaylı ölkələri və bir sıra dünya dövlətləri artıq 3 ilə yaxındır ki, Rusiya ilə iqtisadi və diplomatik sahədə müharibə aparır.
Hələ onu demirik ki, Ukrayna bu gün Qərbin hərbi yardımı ilə ayaqda qalır.
Ukrayna tərəfdən döyüşə qatılan hərbi texnika, təchizat və canlı qüvvələr əsasən Qərbdən gəlir.
Bu gün götürülən əsirlər, ölən döyüşçülər arasında çoxlu sayda Qərb vətəndaşının olması sübut olunub. Bundan əlavə, Ukraynanın atdığı raketlər, göndərdiyi PUA-larla yanaşı sərf edilən patronlar belə Qərbdən gəlir. Bütövlükdə, son 3 ilə yaxın müddətdə Qərb Ukraynaya 400 milyard dollara yaxın yardım edib. Bu isə Ukraynanın illik dövlət büdcəsinin 10 mislinə bərabərdir.
Eyni vəziyyət Rusiya tərəfində də müşahidə olunur. Bir sıra dövlətlər son 3 ildə Rusiyaya açıq və gizli şəkildə yardımlar edib, etməyə də davam edir. Hətta bəzi ölkələrin Rusiya tərəfindən döyüşə hərbi qüvvə göndərdiyi də məlumdur.
Bu, Üçüncü Dünya Müharibəsi deyilsə, bəs nədir?
Təkrar edirik, bu gün müharibələrin forması dəyişib. Birinci Dünya Müharibəsində olduğu kimi dünya dövlətləri iki cəbhəyə bölünüb üz-üzə vuruşmur. Bu gün döyüşlər daha çox siyasi-iqtisadi arenada gedir. Dünyanın əksər aparıcı dövlətləri Rusiyanı özlərinə düşmən elan ediblər və bu ölkə ilə nəinki iqtisadi, hətta mədəni əlaqələri kəsiblər. Bu gün rusiyalı idmançılar, sənət adamları, hətta paralimpiyaçılar Qərb ölkələrinə və beynəlxalq yarışlara, tədbirlərə qatıla bilmirlər. Onlar üçün hər yerə çıxış yasaqlanıb.
Rusiyanın aktivləri ABŞ və Qərb ölkələrində açıq şəkildə talanıb ələ keçirilir. Rusiyaya qarşı sanksiyalar günü-gündən daha da sərtləşdirilir. Rusiya da bacardığı qədər adekvat addımlar atır.
Fikrimizin təsdiqi üçün Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin fevralında söylədiyi fikirləri xatırlatmaq kifayətdir:
“Biz Qərbin kollektiv hücumunu dəf etmək məcburiyyətindəyik".
Deməli, Üçüncü Dünya Müharibəsi çoxdan başlayıb. Sadəcə biz hələlik bu müharibənin birinci fazasını yaşayırıq.


Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri