Bayern Noyerə İngiltərədə əvəzləyici tapdı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bayern Münhen" yeni qapıçı transfer etmək niyyətindədir.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, 38 yaşlı qolkiperi Manuel Noyerə əvəzləyici axtaran Almaniya nəhəngi İngiltərədə çıxış edən "çərçivə" qoruyucusunu hədəfə alıb.
Xəbərə görə, bu, "Brayton"un futbolçusu Bart Verbrüggendir. Mənbə "Bayern"in 22 yaşlı əlcək sahibinin transferi üçün qarşı tərəfə 72 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan Verbrüggen bu qarşılaşmalardan 7-də qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən qapıçının transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat
Baxış sayı:69
Bu xəbər 29 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















