Icma.az
close
up
RU
Bayram günlərində sürət qatarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ!

Bayram günlərində sürət qatarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ!

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Novruz bayramı ərəfəsində şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyatın iş rejimi və sərnişindaşıma xidmətlərində dəyişikliklər olacaq.

BAKU.WS-in məlumatına görə, bayram günlərində vətəndaşların rahat səfər etməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC əlavə tədbirlər görəcək.

Sərnişin sıxlığını nəzərə alaraq əlavə reyslər təyin ediləcək, Abşeron dairəvi dəmir yolu xəttində isə qeyri-iş günlərinin qrafiki tətbiq olunacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, qurumun bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

"Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 18-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 28 əlavə reys, 20-31 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.

Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək. Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir.

Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub. Belə ki, qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.

20-31 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. 1 aprel tarixindən etibarən qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Mart 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri