Icma.az
close
up
RU
Bayram sonrası iş rejiminə necə uyğunlaşmalı? psixoloq

Bayram sonrası iş rejiminə necə uyğunlaşmalı? psixoloq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 mart, AZƏRTAC

Uzunmüddətli bayram tətilindən sonra iş rejiminə qayıdış bir çoxlarında uyğunlaşmaqda çətinliklərlə müşahidə olunur. Bu, daha çox sərbəst mühitdən yenidən strukturlaşmış işə keçidlə bağlı yaranan psixoloji prosesdir. Qeyri-iş günlərində yuxu rejiminin və fəaliyyət ritminin dəyişməsi nəticəsində insanların bioloji saatı müəyyən qədər pozulur. İşə qayıtdıqda bu ritmin əvvəlki formaya uyğunlaşması tələb olunur ki, bu da ilk günlərdə yorğunluq və iş tempinə uyğunlaşmaqda çətinlik kimi özünü göstərir.

Bu sözləri psixoloq Lamiyə Əhmədli-Şirinova AZƏRTAC-a açıqlamasında deyib.

O, həmçinin bu dövrdə mühüm psixoloji keçidin baş verdiyini vurğulayıb. “Tətil müddətində məsuliyyət və nəzarət hissi nisbətən azaldığı halda, işə qayıtdıqdan sonra planlama, diqqət və qərarvermə kimi icraedici funksiyalar yenidən aktivləşir. Bu səbəbdən motivasiyanın bir qədər aşağı düşməsi tamamilə normal hesab olunur”, - deyə psixoloq diqqətə çatdırıb.

Digər tərəfdən, Lamiyə Əhmədli-Şirinova fasilə dövründə yığılan işlərin çoxluğunun əlavə yüklənmə yaratdığını deyib: “Bu isə müvəqqəti olaraq məhsuldarlığın azalmasına səbəb ola bilər. Lakin bu vəziyyət adətən qısamüddətli olur və əksər hallarda bir neçə gün ərzində tədricən normallaşır”.

Onun sözlərinə görə, uyğunlaşma prosesini asanlaşdırmaq üçün işin ilk günlərində daha planlı yanaşmaq, prioritetləri müəyyən etmək, iş yükünü mərhələli şəkildə artırmaq və qısa fasilələrə yer ayırmaq faydalıdır. Bununla yanaşı, yuxu rejiminin bərpası və gündəlik ritmin stabilləşdirilməsi adaptasiya prosesini sürətləndirir. Ümumilikdə, bu cür keçid dövrü normal və gözlənilən haldır və düzgün yanaşma ilə qısa müddətdə əvvəlki iş qabiliyyəti bərpa olunur.

Müxbir – Leyla Muradzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri