Icma.az
close
up
RU
Bayramda ət istehlakı 150 ​​qramdan çox olmamalıdır Nələri bilməliyik?

Bayramda ət istehlakı 150 ​​qramdan çox olmamalıdır Nələri bilməliyik?

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qurban bayramı zamanı artan ət istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər. 

"Unikal" diqqətə çatdırır ki, ətin düzgün miqdarda istehlak olunması, uyğun üsullarla bişirilməsi və mütləq dinləndirilməsi vacibdir.

Məlumata görə, Qurban bayramı dövründə gündəlik bişmiş ət istehlakı 100-150 qramı keçməməlidir. Yeni kəsilmiş ət dərhal istehlak edilməməli, ən azı 12-24 saat soyuducuda dinləndirilməlidir.

Xüsusilə ürək-damar və böyrək problemləri olan şəxslər üçün gündəlik ət miqdarı daha az - təxminən 70-100 qram arasında olmalıdır.

Türkiyəli mütəxəssis Kübra Şahin ətin hazırlanma üsullarını açıqlayıb. O, ətin qaynatma və sobada bişirmənin daha faydalı olduğunu deyib. Dietoloq qeyd edib ki, qaynatma üsulu həm kalorinin azalmasına, həm də həzmin asanlaşmasına kömək edir. Sobada bişirmə isə qidanın dəyərini qoruyur və əlavə yağ istifadəsinə ehtiyac yaratmır. Bununla yanaşı, çox yüksək temperaturda bişirmənin zərərli maddələrin yaranmasına səbəb ola biləcəyi vurğulanıb.

Mütəxəssis qovurma və qızartma üsullarından uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu cür yeməklər həm həzmi çətinləşdirir, həm də yüksək yağ və xolesterin səbəbindən ürək-damar xəstəlikləri riskini artırır.

Şahin yeni kəsilmiş ətin dərhal yeyilməsinin sağlamlıq üçün riskli olduğunu da bildirib. O qeyd edib ki, təzə ət sərt olur və çeynənməsi, həzm olunması çətinləşir. Bu isə köp, mədə ağrısı, həzmsizlik, reflüks və qastrit kimi problemlərə yol aça bilər.

Mütəxəssis əlavə edib ki, düzgün saxlanmayan təzə ət bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və qida zəhərlənmələrinə səbəb ola bilər.

Kübra Şahin bayram süfrəsində yalnız ətə deyil, digər qidalara da diqqət yetirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, tərəvəzlər lif mənbəyi olduğu üçün həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Tam taxıllı məhsullar isə qan şəkərinin balansda qalmasına və uzunmüddətli toxluq hissinə kömək edir.

Mütəxəssis yoğurt, ayran və kefir kimi probiotik qidaların da həzmi asanlaşdırdığını qeyd edib. O, limonlu salat, pomidor, yaşıl bibər və portağal kimi C vitamini ilə zəngin məhsulların qırmızı ətdəki dəmirin sorulmasını artırdığını bildirib.

Kübra Şahin uşaqların yaş və inkişaf səviyyəsinə uyğun olaraq gündə təxminən 50-100 qram ət istehlak etməli olduqlarını vurğulayıb. Onun sözlərinə görə, uşaqlar üçün ət yaxşı bişirilməli, kiçik hissələrə bölünməli və tərəvəz, yoğurt, tam taxıllı məhsullarla birlikdə təqdim edilməlidir.

Yaşlı şəxslər üçün isə ətin daha yumşaq və rahat çeynənən formada hazırlanması tövsiyə olunub. Mütəxəssis bildirib ki, yaşlılarda mədə turşusunun azalması səbəbindən yağlı və çox ədviyyatlı ətlər həzm problemlərinə səbəb ola bilər.

Şahin bayramda həddindən artıq ət istehlakının qəbizlik, köp, həzmsizlik, mədə ağrısı və spazmlar yarada biləcəyini də diqqətə çatdırıb. O, bu problemlərin qarşısını almaq üçün bol su içməyi, lifli qidaları artırmağı, porsiya nəzarətinə diqqət etməyi və yeməkdən sonra yüngül gəzintilər etməyi tövsiyə edib.

Mütəxəssis sonda bildirib ki, kifayət qədər su qəbulu həm həzm prosesini asanlaşdırır, həm də qəbizliyin qarşısını almağa kömək edir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri