Bayramov NATO nümayəndəsi ilə sülh barədə danışdı
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Kevin Hamilton ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında paylaşım edib.
Tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.
Nazir regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə qarşı tərəfi məlumatlandırıb.
Eyni zamanda qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki əhalinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Aprel 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















