Icma.az
close
up
RU
Bazarlarda erkən qarpız və yemiş satılır Bunlara diqqət edin...

Bazarlarda erkən qarpız və yemiş satılır Bunlara diqqət edin...

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Hazırda bazarda satılan qarpız və yemişləri istehlak etmək olar. Lakin onların təhlükəsizliyi məhsulun yetişdirilmə üsulundan daha çox, becərilmə, saxlanma və satış qaydalarına əməl olunmasından asılıdır".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında qida eksperti Fərid Səfərov səsləndirib.

Ekspert bildirib ki, qarpızın mövsümdən əvvəl satışa çıxarılması onun zərərli olması demək deyil.

"Qarpızın mövsümdən əvvəl satışda olması məhsulun zərərli olduğunu göstərmir. İstixanada yetişdirilən qarpız və yemişlərin əsas riski onların istixana məhsulu olması deyil. Təhlükə aqrotexniki qaydalara əməl edilmədikdə yaranır. Məsələn, azotlu gübrələr normadan artıq istifadə olunarsa, məhsulda nitratın səviyyəsi arta bilər. Eyni zamanda, pestisidlərin tətbiqi qaydalarına və gözləmə müddətinə riayət edilmədikdə onların qalıqları məhsulun tərkibində qala bilər."

Fərid Səfərov vurğulayıb ki, istehlakçılar qarpız və yemiş alarkən bütöv və zədələnməmiş məhsullara üstünlük verməlidirlər.

"Düzgün saxlanılmayan və ya kəsildikdən sonra isti şəraitdə uzun müddət qalan qarpız və yemişlərdə mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da qida zəhərlənməsi riskini artırır. İstehlakçılar alarkən bütöv, zədələnməmiş, çatlamamış və çürümə əlaməti olmayan məhsulları seçməlidirlər. Kəsilmiş qarpız və yemiş isə yalnız soyuducu şəraitdə saxlanıldığına əmin olduqda alınmalıdır. Evdə istifadə etməzdən əvvəl məhsulun qabığı yaxşı yuyulmalı, kəsildikdən sonra isə soyuducuda saxlanmalı və mümkün qədər 1–2 gün ərzində istehlak edilməlidir."

Ekspertin sözlərinə görə, əsas məsələ məhsulun istixanada yetişdirilməsi deyil, onun təhlükəsizlik tələblərinə uyğun istehsal və saxlanılmasıdır.

"Etibarlı mənbədən alınan, düzgün şəraitdə saxlanılan qarpız və yemişlər sağlam insanlar tərəfindən təhlükəsiz şəkildə istehlak oluna bilər."

Şəhanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 İyun 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri