Bazarstore dən “Azərçay” aldı, hədiyyə qutusu boş çıxdı
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran sakini, musiqiçi Cavanşir Qasımzadə “Bazarstore” marketindən aldığı “Azərçay” hədiyyə dəstinin qablaşdırılması ilə bağlı narazılığını sosial şəbəkədə paylaşıb.
O bildirib ki, Lənkəran şəhərindəki marketlərdən birindən aldığı çay dəstinin qutusunu evdə açarkən gözlədiyi mənzərə ilə qarşılaşmayıb. Qutuda stəkan, nəlbəki və fincan üçün nəzərdə tutulan bölmələr olsa da, həmin yerlər boş kağızla doldurulub.
Cavanşir Qasımzadə məsələ ilə bağlı əvvəlcə məhsulu aldığı satıcı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, satıcı qablaşdırmanın şirkət tərəfindən hazırlandığını bildirərək məsuliyyətin onlara aid olmadığını deyib.
Musiqiçi daha sonra istehsalçı şirkətlə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verən olmayıb.
Beləliklə, istehlakçı aldığı məhsulla bağlı narazılığını bildirmək və məsələyə aydınlıq gətirmək istəsə də, hələlik cavab ala bilməyib.
Qeyd edək ki, hədiyyə dəstlərinin qablaşdırılması alıcıda məhsulun komplektliyi və keyfiyyəti ilə bağlı müəyyən gözləntilər yaradır. Bu səbəbdən qablaşdırmada nəzərdə tutulan əşyaların olmaması və ya qutunun natamam görünməsi istehlakçı narazılığına səbəb ola bilər.
Azpost.info məsələ ilə bağlı şirkətin mövqeyini öyrənməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















