Icma.az
close
up
RU
Biz Qarabağ , Neftçi səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək İmişli nin baş məşqçisi

Biz Qarabağ , Neftçi səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək İmişli nin baş məşqçisi

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz "Qarabağ", "Neftçi" səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi

Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.

QOL.az sportal.az-a istinadla xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

"Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. Bilirik ki, "Neftçi" böyük rəqibdir. Yaxşı hazırlaşmışdıq. Onların oyununa qarşı öz oyunumuzu ortaya qoya bildik. "Neftçi"nin taktikasının necə olacağını bilirdik, koridorlarda boşluq olacağını ehtimal edirdik. Bundan da istifadə edə bildik. Oyunumuz çətin başladı, qapımıza 10-cu dəqiqədə penalti təyin edildi. Amma oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. "Neftçi" kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq. "Neftçi"ni təbrik edirəm,yaxşı oyun göstərdilər. Onlardan daha üstün idik".

- "İmişli" bu gün Bakıya qələbə üçün gəlmişdi, yoxsa bir xal da kifayət edəcəkdi?

- Oyundan qabaq həmişə futbolçularla danışanda, onları qalibiyyətə yönəldirik. Əgər rəqibimiz bizdən daha güclü oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər bir xal qazancdır. Üç xal fantastik nəticədir. Futbolçulara hər oyundan qabaq qalib gəlmək mentaliteti yönəldilir.

- Xarakteri kənara qoysaq, "İmişli" nəyin hesabına qalib gəldi? Sizdə nə var idiki, "Neftçi"də yox idi?

- "Neftçi" barədə yox, öz komandam barədə danışa bilərəm.

- "Neftçi"yə qarşı birinci və bugünkü oyunu necə müqayisə edərdiniz?

- Birinci oyunla bugünkü oyun arasında fərq çox böyükdür. Çünki bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda I Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli "İmişli" idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, biz 3 qol vururuq. İndi "İmişli"nin məqsədləri daha yüksəkdir. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.

- Son dəqiqələrdə iki legioner hücumçunuzu yerli futbolçu ilə dəyişdiz. Sanki onda özünüz də 2:2 hesabına razılaşmışdınız?

- Burada xal məsələsi deyildi. Almeyda və Juninyo oyun ərzində çox qaçdılar. Fiziki cəhətdən komandanı yeniləmək lazım idi. "Neftçi"nin keyfiyyəti yüksəkdir. Sonlarda onların çox şansı var idi. Ona görə dəyişiklik etdik ki, fiziki və mental cəhətdən müqavimət göstərə bilək.

- Qışda rəhbərliklə söhbət edəcəksiniz ki, komandaya yeni transferlər cəlb edilməsi üçün büdcə artırılsın?

- Qışda oyunçuları almaq daha çətin olur. Adətən də bizim kimi komanda üçün. Biz "Qarabağ", "Neftçi" səviyyəsində deyilik ki, bahalı oyunçuları ala bilək. Bu barədə düşüncələr yoxdur. Avrokuboklar filan, hətta dördlüyü də düşünmürük. Yeni  yaranmış komandayıq. Əsas məsələ odur ki, stabilliyi qoruyaq və potensialları ortaya qoyaq. Texniki heyət, məşqçilər oyunçuları maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur. Hazırkı komandanı maksimuma çıxarmaq istəyirik. 

- Bəs, ölkə kubokuna yanaşmanız necə olacaq? Növbəti rəqibiniz kubokun sonuncu qalibi və bu mövsüm Premyer Liqada məğlub etdiyiniz "Sabah"dır...

- Biz oyunçularımızı hər matçdan qabaq qələbəyə hazırlayırıq. Hər matçda qalib gəlmək istəyirik. Favorit "Sabah"dır. Onlar görür ki, biz "Neftçi"ni uda biliriksə, daha da diqqətli hazırlaşacaqlar. Böyük komandaların məqsədləri kuboku qazanmaq, Avropaya getməkdir. Bizim məqsədimiz oyundan-oyuna növbəti görüşü düşünməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Noyabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see219

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see199

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see177

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see141

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see133

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see130

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see130

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see130

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see129

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see128

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see126

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see125

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see124

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see123

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see122

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see122

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see121

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri