Icma.az
close
up
RU
BDAK ın hesabatında erməni lobbisi izi

BDAK ın hesabatında erməni lobbisi izi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (BDAK) hər il dünyada dini azadlıqların vəziyyətini qiymətləndirən hesabat açıqlayır. “2026-cı il İllik Hesabatı” da təxminən 190-na yaxın ölkəni əhatə edir. Bu hesabatlarda ölkələr bir neçə kateqoriya üzrə təsnifatlaşdırılır: “Xüsusi narahatlıq doğuran ölkələr” (CPC), “Xüsusi müşahidə altına alınan ölkələr” (SWL) və “Dini azadlıqların vəziyyətinin nisbətən qənaətbəxş hesab edildiyi ölkələr”. Builki hesabatda 15-ə yaxın ölkə CPC kateqoriyasında, 20-yə yaxın ölkə SWL kateqoriyasında yerləşdirilib. Digər ölkələr isə müsbət və orta kafi kimi qiymətləndirilib.

BDAK-ın illik hesabatlarında daimi olaraq müşahidə olunan “ikili standartlar” builki qiymətləndirmədən də yan keçməyib. Eyni xarakterli problemlərə görə ölkələrin bir qismi sərt tənqid olunduğu halda, digərləri bilərəkdən kənar tutulub: ya ümumiyyətlə adları çəkilməyib, ya da daha yumşaq formada tənqid ediliblər. Bəzi monoetnik, təkdinli ölkələr isə “dini dözümlülüyün yüksək olduğu ölkələr” qismində örnək olaraq göstəriliblər. Geosiyasi baxımdan mürəkkəb durumda olan ölkələrə qarşı isə daha sərt və tənqidi yanaşma sərgilənib. Bu yanaşma xüsusilə Yaxın Şərq, Cənubi Asiya və postsovet məkanına münasibətdə özünü büruzə verib.

Hesabatın hazırlanması üçün istifadə edilən metodologiya isə tamamilə qüsurludur. BDAK öz dəyərləndirməsində birmənalı olaraq qeyri-hökumət təşkilatlarının və ya siyasi motivli qrupların təqdim etdikləri məlumatlara istinad edib. Rəsmi statistikanın, alternativ mövqelərin nəzərə alınmaması hesabatın metodoloji əsaslarını sual altına qoyur. Bu metodla hazırlanmış hesabatda qeyri-peşəkarlıq və siyasi konyunktur özünü göstərir.

Azərbaycana yanaşma da bu kontekstdədir. Ölkəmizin adı “Xüsusi müşahidə altına alınan ölkələr” siyahısına daxil edilib. Yəni, neqativ fonda təqdim olunmasına təşəbbüs göstərilib. Nəzərə alınmayıb ki, ölkədə dini azadlıqların hüquqi və institusional təminatı genişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlığını təmin edir. Dini ayrı-seçkiliyi yasaqlayır, bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Ölkədə 30-dan çox dini konfessiya sərbəst fəaliyyət göstərir; 900-dən artıq dini icma dövlət qeydiyyatından keçib. Bu icmalar arasında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər, protestantlar və digər dini qruplar da mövcuddur. Bu fakt ölkədə dini plüralizmin real şəkildə təmin olunduğunu göstərir. Təsadüfi deyil ki, BDAK-ın qərəzli hesabatının açıqlanmasından dərhal sonra Azərbaycandakı Dini Konfessiya rəhbərləri bəyanat yayaraq, Beynəlxalq Dini Azadlıq Komissiyasının “2026-cı il İllik Hesabatı”nda Azərbaycanda dini vəziyyətin düzgün qiymətləndirilmədiyini qeyd ediblər. Onlar komissiyaya və hesabata kəskin ediraz ediblər. Hesabatdakı təzad bu qədər barizdir: 30-a yaxın dini konfessiya deyir ki, Azərbaycanda durumumuz yaxşıdır, BDAK isə deyir ki, “yox, vəziyyət xarabdır”.

Qurum nəzərə almır ki, Bakı şəhərində məscidlərin, kilsələrin və sinaqoqların yanaşı fəaliyyət göstərməsi simvolik hal deyil, gündəlik həyat tərzidir. Qafqazın ən böyük sinaqoqlarından birinin Azərbaycanda yerləşməsi və yəhudi icmasının təhlükəsiz şəraitdə yaşaması beynəlxalq səviyyədə müsbət nümunə kimi qeyd olunur. Dövlət yalnız islam dini abidələrinin deyil, həm də digər dinlərə aid ibadət yerlərinin bərpasına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Vatikanın mədəni irs abidələrinin bərpasına verilən dəstək Azərbaycanın dini tolerantlıq siyasətinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. 2025-ci ildə “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nin Azərbaycanda ilk toplantı evinin açılması isə dini müxtəlifliyə yaradılan real imkanların daha bir göstəricisidir. BDAK isə bu faktların heç birini görmür, qeydə alıb qiymətləndirmir.

Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini irsin guya təhrif edilməsi ilə bağlı iddialar yer tutur. Halbuki, faktlar bunun əksini göstərir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həm islam, həm də xristian abidələrinin bərpası paralel şəkildə həyata keçirilir. Bu proses peşəkar mütəxəssislərin və memarların iştirakı ilə, tarixi xüsusiyyətlər qorunmaqla icra olunur. Hansı ki, 30 ilə yaxın işğal dövründə yüzlərlə dini və mədəni abidə işğalçılar tərəfindən dağıdılıb və bu dağıntılar beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb. BDAK isə hesabatında bu faktlara ümumiyyətlə yer ayrılmayıb.

Problemin nədən qaynaqlanması üzrə ehtimallar da bu məqamda görünür. Aydın şəkildə sezilir ki, hesabatın hazırlanmasında ABŞ-dakı erməni lobbi və maraq qruplarının təsiri vardır. Bu ehtimalı sübut etmək üçün bir faktı xatılatmaq kifayətdir. Belə ki, 2024-cü il yanvarın 30-31-də Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti keçirildi. Tədbir Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası tərəfindən Senatın yardımı ilə təşkil olunmuşdu. Spiker qismində isə “Xankəndidən olan qaçqın jurnalist” kimi təqdim edilən Siranuyş Sarkisyanın üzərində dayanılmışdı. Siranuşla yanaşı, həmin konfransda digər 5 erməni məruzəçi dinlənildi. Amma Qarabağın Azərbaycanlı icmasından bircə nəfər də olsun konfransa dəvət edilmədi. Bu, deməyə əsas verir ki, BDAK islamofob siyasət yürüdür, hesabatını da bu kontekstdə hazırlayır. 2023-cü ilin antiterror tədbirlərindən sonra BDAK öz hesabatlarını kəskin anti-Azərbaycan ritorika sərgiləyir. Təkcə Azərbaycana deyil, ümimilikdə Cənubi Qafqaza qarşı yönəlmiş məkrli planlarda rol alır.

Müşfiq ƏLƏSGƏRLI,
XQ-nin media eksperti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri