Icma.az
close
up
RU
Erməni lobbisi indi nə istəyir? (ŞƏRH)

Erməni lobbisi indi nə istəyir? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Erməni lobbisinin bu cəhdi də uğursuzluğa düçar olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov erməni lobbisinin təsiri altında olan bir qrup konqresmenin Ağ Evi erməni "qaçqınlarının” qondarma "artsax”a qayıtmasına dəstək verməyə çağırmasını şərh edərkən deyib:

"Erməni lobbisi və diaspora təşkilatları əslində ilk dəfə deyil ki, ABŞ-da, Avropada Azərbaycana qarşı bu cür təxribatları davam etdirirlər. Son 30 ildə bunu davamlı olaraq müşahidə edirik.

Onlar indi də eyni addımları atmaqdadır. Əslində baş verən son hadisələrdən sonra erməni diasporu öz dayaqlarını xeyli itirib. Bu özünü xüsusən də Donald Trampın hakimiyyətə gəlməsindən sonra daha qabarıq şəkildə göstərir”. 

Deputat qeyd edir ki, Vaşinqtonun Azərbaycanla münasibətlərinin yaxşılaşması erməni diasporunu xeyli dərəcədə məyus edib:

"Görünür buna görə də erməni lobbi təşkilatları və diasporu Azərbaycana qarşı belə bir çirkin kampaniyaya başlayıblar. Bununla da onlar ölkəmizi təhdid etməyi düşünürlər. Onlar anlamalıdır ki, belə addımların heç bir nəticəsi olmayacaq. Bu cür tədbirlər ABŞ-ın Azərbaycana qarşı münasibətini dəyişə bilməz. Bu hərəkətlər ölkəmizə qarşı hansısa qərarların qəbuluna da aparıb çıxarmayacaq. Çünki ölkəmiz artıq bu mərhələni keçib və ABŞ-la yaxın münasibətlərimiz var.

Azərbaycan-Ermənistan münasibətləri normallaşmağa doğru gedir. Artıq sülh müqaviləsini imzalamağa doğru gedirik. Yaxşı olar ki, onlar bu cür cəhlərə son qoysun və bölgəyə sülhün gəlməsinə mane olmasınlar”. 

Qeyd edək ki, erməni lobbisinin güclü təsiri altında olan bir qrup amerikalı konqresmen növbəti dəfə Ağ Evə təzyiq göstərməyə çalışıb. Belə ki, bir qrup konqresmen Ağ Evi erməni "qaçqınlarının” qondarma "artsax”a qayıtmasına dəstək verməyə çağırıblar. ABŞ-dakı erməni təşkilatı "Hay Dat” Bürosunun mərkəzi ofisi yaydığı bəyanatda ABŞ-ın dövlət katibi Marko Rubionu beynəlxalq hüquq və sülhün bərqərar olması məqsədilə məcburi köçkün ermənilərin öz vətənlərinə, "artsax"a ləyaqətlə qayıtmasını" təmin etməyə çağırıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri