BDU da “Future17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Future17 SDG Challenge” proqramı çərçivəsində seçilmiş tələbələrlə ilk görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov tələbələrin təşəbbüskarlıq potensialının inkişaf etdirilməsinin, qlobal çağırışlara cavab verən həllər və layihələr hazırlaması üçün əlverişli imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, bu kimi beynəlxalq təşəbbüslər tələbələrin akademik biliklərini praktiki fəaliyyətlə əlaqələndirmələrinə, real sosial və ekoloji problemlərin həllinə yönəlmiş layihələr üzərində işləmələrinə, habelə komanda işi, layihələrin idarə edilməsi kimi mühüm bacarıqlarının inkişafına şərait yaradır.
Görüş zamanı proqramın həyata keçirilmə mərhələləri, iştirakçıların qarşısında duran vəzifələr və layihə ideyalarının inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tələbələrin ideyaları dinlənilib, layihələrin hazırlanması və inkişaf etdirilməsi ilə bağlı suallar cavablandırılıb.
“Future17 SDG Challenge” layihəsi dünyanın aparıcı ali təhsil və reytinq təşkilatlarından biri olan QS və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü ilə həyata keçirilir. BDU layihənin tərəfdaşları sırasında yer alır. Layihənin əsas məqsədi gənclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli innovativ ideya və layihələrinin inkişafına dəstək vermək, sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin reallaşdırılması üçün imkanlar yaratmaqdır.
Proqram çərçivəsində iştirakçıların innovativ və yaradıcı düşüncə, komanda işi, layihələrin idarə edilməsi və problemlərin həllinə yönəlmiş yanaşma bacarıqlarının inkişaf etdirilməsi, ideyalarını konkret layihələrə çevirmələrinə dəstək göstərilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 30 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















