Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

BDU da “Güclü dövlətin təməli Azərbaycan gəncliyi” adlı forum keçirilib

BDU da “Güclü dövlətin təməli Azərbaycan gəncliyi” adlı forum keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.

Forumun açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Gənclər və İdman Nazirliyinin dövlət gənclər siyasətinə dair hazırladığı videoçarx nümayiş olunub.

Forumun açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutur. Bu əlamətdar gün gənclərə daim böyük diqqət və qayğı göstərmiş, müasir dövlət gənclər siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 29 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü kimi təqvimə daxil edilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətimizin gənclər siyasətinin möhkəm qanunvericilik bazası formalaşdırılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş çoxsaylı fərman və sərəncamlar, dövlət proqramları qəbul olunub. Bu sənədlər gənclərin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb olunmasında və faydalı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Rektor deyib: “Gənc nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətə və xalqa sədaqət prinsipləri əsasında formalaşdırılması, hərtərəfli sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Hazırda ölkəmizdə bakalavr və magistr hazırlığı həyata keçirən dövlət və özəl ali təhsil müəssisələrində 200 mindən, 60-dan çox orta ixtisas təhsil müəssisəsində isə 60 mindən artıq gənc təhsil alır. “2022–2026-cı illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında bilik və təcrübə qazanır. Müxtəlif elm sahələrində uğurla elmi araşdırmalar aparan, elmi dərəcə və elmi adlar alan gənclərimizin sayı ildən-ilə artmaqdadır. Dövlətimizin gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və onun kütləviliyinin təmin edilməsi xüsusi yer tutur. Son illərdə nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycanın gənc idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edərək, ölkəmizin idman şöhrətini dünyaya tanıdırlar. Ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət və idman müsabiqələri, dünya miqyaslı tədbirlər müstəqil Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin təhsili, məşğulluğu, yaradıcılıq və innovativ potensialının inkişafı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması və könüllülük hərəkatının genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub. Strategiya müvəffəqiyyətlə icra olunub, bir çox uğurlar əldə edilib. 44 günlük Vətən müharibəsi gənclərimiz üçün əsl vətənpərvərlik məktəbi olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun sıralarında döyüşən gənclərimizin qəhrəmanlığı daim xatırlanacaq. Hazırda Azərbaycan gəncliyi təkcə keçmişin qəhrəmanı deyil, postmüharibə dövrünün qurucusu kimi çıxış edir. Azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesində gənclərimizin bilik və bacarıqları xüsusi əhəmiyyət daşıyır”.

Rektor qeyd edib ki, BDU təkcə ölkəmizin ilk ali təhsil müəssisəsi deyil, Azərbaycan gəncliyinin formalaşmasında, intellektual və vətəndaş mövqeyinin yetişməsində aparıcı rol oynayan elm və düşüncə mərkəzi, dövlətimizin gənclər siyasətinin həyata keçirildiyi əsas platformalardan biridir. Universitet mühiti tələbələrin elmə, yaradıcılığa və ictimai həyata fəal qoşulması üçün geniş imkanlar yaradır. BDU-da fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” Təşkilatı, Tələbə Elmi Cəmiyyəti kimi tələbə təşkilatları, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, mədəniyyət və idman mərkəzləri gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynayır. BDU-nun tələbələri ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, sosial layihələrdə və könüllülük fəaliyyətində xüsusi fəallıqları ilə seçilirlər. Bu gün ölkəmizin ən aparıcı könüllü təşkilatlarının üzvlərinin böyük əksəriyyəti BDU-nun tələbələridir. “BDU könüllüləri” təşkilatı ölkənin ən dinamik və fəal könüllü təşkilatlarından biridir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasətinin uğurla icra olunduğunu bildirib. Qeyd edib ki, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, həmin ildən etibarən gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif dövlət proqramları icra olunur, Azərbaycanda Gənclər Fondu yaradılıb. Prezident İlham Əliyev tərəfindən gənclərə böyük diqqət və qayğı göstərilir. Gənclərin inkişafı, dövlət idarəçiliyində irəli çəkilməsi üçün “Yüksəliş” müsabiqəsi icra olunur və minlərlə gənc bundan faydalanır. Hazırda Azərbaycanda 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Son illər ərzində paytaxtda və ölkənin müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarla birgə gənclər forumları təşkil edilir. Bu tədbirlər gənclərin təcrübə mübadiləsi aparmasına, yeni ideyalar əldə etməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə geniş imkanlar yaradır.

Nazir deyib: “Güclü dövlət güclü gənclər deməkdir. İnanıram ki, Azərbaycan gəncliyi ölkənin gələcək inkişafında mühüm rol oynayaraq, dövlətimizin daha da qüdrətlənməsinə töhfə verəcək”.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bildirib ki, Azərbaycan Gəncləri Günü ölkənin gələcəyini təmsil edəcək nəslin bayramıdır. Bu gün həm də Azərbaycan dövlətinin gənclərə olan inamının, ümidinin və dəstəyinin rəmzi kimi qiymətləndirilir. O, BDU-nun ölkə üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, universitetin məzunları dövlət idarəçiliyində, bütün sahələrdə uğurla fəaliyyət göstərirlər.

Prezident mükafatçısı, BDU-nun məzunu Günay İmanzadə, Prezident təqaüdçüsü, BDU-nun 2025/2026-cı il üzrə ən yüksək balla qəbul olmuş tələbəsi Çiçək Hümmətli çıxışlarında uğur hekayələrini bölüşüb, Azərbaycan dövlətinin gənclər üçün yaratdığı şəraitin digər ölkələr üçün nümunə olduğunu vurğulayıb, Forumun işinə uğurlar arzulayıblar.

Sonra BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri elan olunub. BDU-nun ictimai həyatında fəal iştirak edən bir sıra tələbələrə, BDU-nun gənclər təşkilatlarının üzvlərinə təşəkkürnamələr təqdim edilib.

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Azərbaycan Gəncləri Günü münasibətilə hazırladığı bədii kompozisiya nümayiş olunub.

Tədbir “Dövlətçilik, təhsil və elm: Azərbaycan gəncliyinin strateji missiyası” mövzusunda panel müzakirə ilə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri