BDU da məzun kitabçası NARAZILIĞI: Öz fotoqrafımıza şəkil çəkdirməyə icazə vermirlər
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin tələbələri məzun çəkilişi ilə bağlı narazılıq ediblər.
Oxu.Az xəbər verir ki, tələbələrin narazılığına səbəb məzun şəkillərini məhz universitet fotoqrafına çəkdirmək tələbidir.
"Biz məzun kitabçası üçün fotoqrafla danışmışıq. Sonradan bizə deyilib ki, yalnız universitetin təyin etdiyi fotoqrafa şəkil çəkdirə bilərik. Dəfələrlə etiraz etsək də, müsbət cavab ala bilmədik. Belə olan halda isə danışdığımız fotoqrafa verdiyimiz behimiz batacaq. Əlavə ödəniş etməklə ürəyimiz istəməyən fotoqrafa şəkil çəkdirmək məcburiyyətindəyik", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı BDU-nun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hələ məzun çəkilişləri başlamayıb.
"Məzunlar "Məzun günü" çəkilişlərini öz arzularına uyğun olaraq universitetlə yanaşı şəhərin müxtəlif yerlərində aparırlar. Universitet ərazisində məzun günü çəkilişlərinin aparılması üçün şərait yaradılır",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















