Icma.az
close
up
RU
BDU da “Narkomaniyaya multidisiplinar yanaşma” mövzusunda elmi maarifləndirmə tədbiri keçirilib

BDU da “Narkomaniyaya multidisiplinar yanaşma” mövzusunda elmi maarifləndirmə tədbiri keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya multidisiplinar yanaşma” mövzusunda elmi-maarifləndirmə tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Biologiya fakültəsinin sosial işlər üzrə dekan müavini Yusif Abiyev gənclər arasında narkomaniyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini və bu istiqamətdə elmi, sosial və maarifləndirici yanaşmaların birgə tətbiqinin önəmini vurğulayıb.

BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquqi mübarizə mexanizmlərindən, mövcud qanunvericilik bazasından və cəmiyyətin hüquqi maarifləndirilməsinin rolundan danışıb. O bildirib ki, gənclər arasında hüquqi biliklərin artırılması narkomaniyaya qarşı mübarizənin mühüm komponentidir.

Həkim-narkoloq Araz Əliquliyev narkotik maddələrin orqanizmə təsiri, asılılığın mərhələləri, müalicə metodları və reabilitasiya prosesinin çətinlikləri barədə ətraflı məlumat verib. O, real klinik təcrübədən nümunələr əsasında gəncləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi Emilya İgidova isə narkotik asılılığının psixoloji səbəbləri, şəxsiyyətin formalaşmasına təsiri və ailə-mühit faktorlarının roluna toxunub. O, gənclərin psixoloji dayanıqlığının artırılması üçün məktəb və universitet mühitində psixoloji dəstək proqramlarının əhəmiyyətini vurğulayıb.

Qafqaz Eksperimental Dram Teatrının direktoru Polad Ağa İbrahimov çıxışında gənclərə mədəni mühitin insanın mənəvi sağlamlığının qorunmasında rolundan bəhs edib. O, teatr sənətinin, yaradıcılığın və ictimai məsuliyyət hissinin narkomaniyaya qarşı mübarizədə mühüm təsir vasitəsi olduğunu vurğulayıb.

Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş olunub və tələbələrin iştirakı ilə “İblisin oyunu” adlı səhnəcik təqdim edilib.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri