Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

BDU da Professor Nəsir İmanquliyev dərsləri : Elçin Şıxlı ilə görüş VİDEO

BDU da Professor Nəsir İmanquliyev dərsləri : Elçin Şıxlı ilə görüş VİDEO

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Layihənin üçüncü dərsi “Ənənəvi jurnalistikanın müasir üslubda cilalanması” mövzusunda keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı olub. AYNA.AZ xəbər verir ki, layihənin üçüncü dərsi “Ənənəvi jurnalistikanın müasir üslubda cilalanması” mövzusunda keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev layihənin Nəsir İmanquliyev irsi və ənənələrinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə etdiyini, gənc jurnalistlərin buna maraqla yanaşdığını deyib: “Ustad müəllimlərin yolunu davam etdirən peşəkar jurnalistlərlə görüşlər tələbələrimiz üçün ən yaxşı təcrübədir”.

Elçin Şıxlı çıxışında ölkə və beynəlxalq media resurslarında informasiya kirliliyi ilə bağlı rast gəlinən faktlar barədə danışıb,    belə situasiyada dezinformasiyanın bir virus kimi yayıldığını qeyd edib: “Məhz bütün bunlara görə jurnalistika çox məsuliyyətli peşədir. Bu gün bir çox həmkarlar operativliyi dəqiqliyə qurban verirlər. Amma mətbuatda dəqiqlik peşəkarlığın əsas açarı sayılır”.

Hazırda vətəndaş jurnalistikasının genişləndiyindən söz açan Əməkdar jurnalist bunun mediaya ziyan vurduğunu, nüfuzunu aşağı saldığını deyib: “Jurnalistika peşədir və onunla peşəkarlar məşğul olmalıdır.  Jurnalistikanı IV hakimiyyət adlandırırıqsa, burada materiallar etik dəyər və prinsiplərə əməl olunaraq hazırlanmalıdır”.

Müasir media resurslarının ənənəvi çap mediasını üstələdiyindən də söz açan “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bunun mənfi və müsbət nəticələrinə toxunub. Qeyd edib ki, bu gün onlayn media platformalarında baş verən kiberhücum faktları və ya server problemləri illərlə yığılan məlumat bazalarını saniyələr içində yox edir. Bu baxımdan ənənəvi media üstünlüyünü qoruyur: "Jurnalistin yaradıcılıq məhsulu kağız resurslarda daha yaxşı qorunur. Amma müasirlikdən də geri qalmamalıyıq".

Dərsin davamında tələbələrin sualları cavablandırılıb.

Sonda Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin davamında gözlənilən görüşlər barəsində məlumat verib və tələbələri prosesdə aktiv olmağa çağırıb.

Qeyd edək ki, layihə may ayının sonunadək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Aprel 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri