Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

BDU da “Turan” ansamblının mühazirə konserti təşkil olunub

BDU da “Turan” ansamblının mühazirə konserti təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi, türk mədəniyyəti və irsinin səfiri olan “Turan” ansamblının mühazirə-konserti keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilib.

Konsert proqramından əvvəl çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçıları qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, bu günün milli ruhun gücünü, azadlığa sədaqəti və Vətən sevgisini ifadə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və bütün Türk dünyasının inkişafına mühüm töhfələr verir. O, Türk Mədəniyyəti və İrsi Fondunun BDU ilə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində bir sıra mühüm layihələrin həyata keçiriləcəyini bildirib. Aktotı Raimkulova “Turan” ansamblının musiqi və incəsənətin ortaq dili ilə xalqlarımız arasında körpü yaratdığını diqqətə çatdırıb.

BDU rektoru Elçin Babayev isə hazırda Türk dünyasının ən güclü və möhtəşəm dövrünü yaşadığını qeyd edib. O bildirib ki, Türk dünyasının liderləri xalqlarımızın gələcək inkişafı naminə mühüm qərarlara imza atırlar. Rektor Türk dünyasının zəngin mədəni irsinin təbliği, ortaq mədəni dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi üçün birgə tədbirlərin önəmini vurğulayıb, konsertdə BDU-nun müəllim və tələbələri ilə yanaşı, Qazaxıstandan olan tələbələrin də iştirak etdiyini diqqətə çatdırıb.

Sonra “Turan” ansamblının üzvləri alqışlarla səhnəyə dəvət olunublar. Proqram çərçivəsində ansambl üzvləri tamaşaçıları türk xalqlarının milli musiqi ailətləri ilə tanış edib, həmin xalqların musiqilərini səsləndiriblər. Onlar yalnız musiqi əsərlərini ifa etməklə kifayətlənməyib, qrupun yaranma tarixi, ənənəvi musiqi alətlərinin mənşəyi, onlarla bağlı rəvayətlər və hazırlanma incəlikləri barədə ətraflı məlumat veriblər. Hər bir əsər onun bədii və mənəvi məzmununu açıqlayan dolğun izahlarla müşayiət olunub, sənətçilərlə tamaşaçılar arasında canlı ünsiyyət qurulub. Konsert proqramında musiqi kollektivinin ifasında Azərbaycanın “Ay Laçın” xalq musiqisi də səslənib.

“Turan” ansamblının hər ifası tamaşaçılarda böyük coşğu yaradıb. Sonda rektor Elçin Babayev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və ansambl üzvlərinə təşəkkürnamə təqdim edib.

Bu günə qədər ansambl dünyanın 130-dan artıq şəhərində 4000-dən çox konsert verib. Cəmi 5 üzvdən ibarət olan ansambl türk xalqlarının 60-dan artıq ənənəvi musiqi alətində ifa edə bilir və bütün türk dillərində musiqilər səsləndirir. İndiyədək ansambl tərəfindən 200-ə yaxın mühazirə-konsert təşkil olunub. Ansambl Türk dünyasının folklor musiqi sənətinin qorunması və inkişafına mühüm töhfə verir, gənclərdə ənənəviliyə maraq oyadır, milli kimlik hissini möhkəmləndirir və onların mənəvi zənginləşməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri