BDU da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş olub
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Rektor qonağa BDU-nun türkdilli ölkələrlə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı barədə məlumat verib. Universitetin bu əlaqələri genişləndirməkdə daim maraqlı olduğunu vurğulayıb.
Qeyd edib ki, BDU-da Türkologiya, Türk filologiyası kafedraları fəaliyyət göstərir. BDU-da Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Universitetin güclü elmi-pedaqoji potensialı bu sahədə genişmiqyaslı tədqiqatların aparılmasına imkan yaradır. Rektor Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu sahədə birgə layihələrin, elmi tədqiqatların həyata keçirilməsi, nəşrlərin hazırlanması, ortaq konfransların təşkili üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması ilə bağlı birgə elmi təşəbbüslərin və layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. BDU ilə əməkdaşlığın daha genişləndirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun bir sıra nəşrlərini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 Fevral 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















