Icma.az
close
up
RU
BDU da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

BDU da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru, Sosial elmlər və psixologiya fakültəsinin birgə təşkilatçılığı ilə 10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə maarifləndirici təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Sağlam təməl – sağlam gələcək” devizi altında keçirilən təlimdə psixoloq peşəsinin cəmiyyətdə rolu və məsuliyyəti, sosial medianın psixikaya təsiri, eləcə də psixoloji sağlamlıq və dayanıqlılığın qorunması yolları müzakirə olunub.

Təlimdə Psixoloji yardım sektorunun psixoloqları Natəvan Həsənzadə və İlkanə Mənsumova, Psixologiya kafedrasının dosenti Kamilə Kazımova, Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova təlimçi qismində çıxış ediblər. Bildirilib ki, 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir.

Daha sonra tələbələrə psixoloji yükün effektiv idarə olunması, stresə davamlılıq bacarıqlarının formalaşdırılması, emosional tükənmişliyin qarşısının alınması, effektiv ünsiyyət bacarıqları, şəxsi və peşəkar sərhədlərin qorunması istiqamətlərində faydalı tövsiyələr verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri