Icma.az
close
up
RU
BMU Çinin daha bir aparıcı universiteti ilə ikili diplom müqaviləsi imzalayıb

BMU Çinin daha bir aparıcı universiteti ilə ikili diplom müqaviləsi imzalayıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakı Mühəndislik Universiteti (BMU) Çin Xalq Respublikası ilə ali təhsil sahəsində əməkdaşlığını genişləndirməkdə davam edir.  Universitet daha bir ikili diplom proqramı (İDP) üzrə müqaviləni bu ölkənin aparıcı ali məktəblərindən olan Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) ilə imzalayıb. 

XQ xəbər verir ki, müqavilə çərçivəsində Memarlıq, İnşaat mühəndisliyi, Ətraf mühit mühəndisliyi, İnformasiya texnologiyaları, Maşınqayırma mühəndisliyi ixtisasları üzrə iki model əsasında magistratura səviyyəsində birgə təhsil proqramları həyata keçiriləcək. Proqrama müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər. 

BMU-nun rektoru Yaqub Piriyev müqaviləni yalnız iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində bariz nümunəsi kimi dəyərləndirib. Çin ali məktəblərinin zəngin təcrübəsinin BMU üçün dəyərli olduğunu vurğulayan rektor BUCEA-nın “Bir Kəmər, Bir Yol” Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumunun (BRAUIC) yaradılmasında fəal təşəbbüskarlığını ali təhsil müəssisələrinin gələcək birgə layihələrdə iştirakları üçün möhkəm zəmin kimi qiymətləndirib. Yaqub Piriyev həmçinin 2026-cı ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Memarlıq və şəhərsalma ili” elan edildiyini, eləcə də bu il Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini vurğulayaraq, bu önəmli hadisələr fonunda universitetlər arasında səmərəli əməkdaşlığın xüsusi aktuallıq daşıdığı və ali təhsil ilə qlobal şəhərsalma gündəliyi arasında mühüm intellektual körpü rolunu oynadığını qeyd edib. Rektor çıxışının sonunda imzalanan müqavilənin tələbələr üçün yüksək keyfiyyətli akademik mühitdə təhsil almaq, beynəlxalq təcrübə qazanmaq baxımından geniş imkanlar açdığını, eyni zamanda iki universitet arasında uzunmüddətli, etibarlı və səmərəli əməkdaşlığın möhkəm təməlini qoyduğunu bildirib.

BUCEA-nın rektoru Zhang Dayu BMU ilə qurulan əməkdaşlığı Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirib. O, imzalanan İDP üzrə müqvavilənin gənc mütəxəssislərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini önə çəkərək, birgə həyata keçiriləcək proqramların memarlıq, mühəndislik və texnologiya sahələrində innovativ yanaşmaların təşviqi baxımından geniş perspektivlər açacağını vurğulayıb. Rektor həmçinin, BMU heyətinin ötən il BUCEA tərəfindən təşkil olunan “2025 Beynəlxalq Ağıllı Şəhərlər və İpək Yolu Gənclər Sinerjisi Yay Məktəbi”ndə uğurla iştirakını önə çəkib və əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

İmzalanma çərçivəsində tərəflər arasında birgə təhsil proqramlarının icra mexanizmləri müzakirə olunub, eyni zamanda gələcək elmi və akademik layihələrə dair fikir mübadiləsi aparılıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri