Bakı Dövlət Universiteti ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində Anhui Universitetinin Universitet şurasının sədri Yu Baotao ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib.
Görüşdə BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib, Çin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Xüsusilə BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramına dair üçtərəfli müqavilənin Çin və Azərbaycan arasında təhsil mübadiləsinin təşviqinə, BDU-Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verdiyi bildirilib.
Görüş zamanı Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Nümayəndə heyəti eləcə də Çin Təhsil Nazirliyinin və konqresdə təmsil olunan universitetlərin əməkdaşları ilə müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















