Icma.az
close
up
RU
BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirir AZƏRTAC

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirir AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində yüksək elmi nəticələr göstərmiş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə işıq üzü görmüş elmi məqalələri və əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi” adını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər.

Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün 2024-cü ildə təbiət-dəqiq və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilməlidir. Humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

1. 2024-cü ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

2. 2024-cü ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar və icmallar (əsli və/və ya surəti, PDF formatda);

3. 2024-cü ildə alınmış ixtiralar, patentlər (surəti);

4. Elmi işlərə 2024-cü ildə olunan istinadların sayı (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə));

5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla);

6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2024-cü ildə, konkret göstərilməklə);

8. Tədris fəaliyyəti (2024-cü ildə, konkret göstərilməklə);

9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən onlayn olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə);

10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə).

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar elektron formada və ya kağız şəklində yanvarın 8-dən 27-dək qəbul olunur.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

2. Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri