BDU tələbələri Rusiyanın Roskonqress Fondunun təcrübə kursunda iştirak ediblər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi”, “Coğrafiya” və “Turizm işinin təşkili” ixtisasları üzrə II-III kurs tələbələri Rusiyanın Roskonqress Fondu tərəfindən təşkil edilmiş bir aylıq onlayn təcrübə kursunda iştirak ediblər. Tələbələrin elmi rəhbəri Fiziki coğrafiya kafedrasının baş müəllimi İrkən Aktoprakdır.
BDU-dan Moderator.az-a bildirilib ki, tələbələr təcrübə müddətində həmçinin "Azərbaycan Odlar Yurdu" layihə-müsabiqəsində iştirak ediblər. Roskonqress Fondunun təcrübə rəhbəri Vladislav Qureviç BDU tələbələrinin bu layihədə olduqca aktiv iştirakını qeyd edib.
Tələbələrin layihə üçün təqdim etdikləri məqalələr Azərbaycanın təbiəti, tarixi, tanınmış şəxsiyyətləri, müasir reallıqlarına həsr edilib. Müsabiqənin nəticələrinə əsasən, Coğrafiya fakültəsinin 11 tələbəsinin işi finalda ən yaxşılar sırasında yer alıb.
Sonda tələbələrə sertifikatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 02 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















